Salam, Şuşa! Salam, çiçək!
Sulu qar yağır...
30 il əvvəl də soyuğuydu. Sazaqda üç-dörd gündən sonra Şəhidlər xiyabanı adlandırılacaq Dağüstü parkda 20 Yanvar şəhidlərinə əbədiyyət ünvanı hazırlayırdıq; şəhidlərin hamısı hamımızın əziziydi. 30 ildən sonra onları ön xətdə, səngərdə həmin doğmalıqla anırıq...davamı
Vətən - and yerimiz
Hərbi formanı geyindiyimiz andan qarşımızda bir məqsəd dayanır - Vətənimizə layiqli xidmət etmək. Vətənə xidmət əsgərlərimizin amalıdır. "N" hərbi hissəsində rastlaşdığımız Nəcmi Məcidzadə də Vətənə sevgi ilə xidmət edən əsgərlərdəndir. Nəcmi düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət edir. Şux duruşu, cəld və çevik hərəkətləri qorxmaz və cəsarətli olduğundan xəbər verirdi...davamı
20 Yanvar: qəhrəmanlıq tarixi
Ön xətdə "N" hərbi hissəsində "20 Yanvar: azərbaycançılığın qalibiyyət gecəsi" haqqında hərbçilərin fikirlərini dərc edirik.
Mayor Ruslan Novruzov:
- Tarixi yaşatmaq hər bir vətəndaşın müqəddəs borclarındandır. Müqəddəsliyi qorumaq müqəddəsliyin əsgəri olmaq deməkdir. Biz müqəddəs bir borcun icraçılarıyıq - hərbçiyik...davamı
“Vətəni qorumaq borcumuzdur”
Azərbaycan Ordusunun inkişafı ölkəmizdə qlobal dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklər orduda yeni, daha dinamik inkişaf mühitinin yaradılması, zabit və əsgərlərin peşəkar hazırlığının formalaşması ilə nəticələnib. İnnovativ yanaşma nəticəsində yeni standartlar əsasında fəaliyyət göstərən Azərbaycan Ordusu güclü infrastruktura və maddi-texniki bazaya malik olmaqla yanaşı, yüksək texnologiya ilə də təmin olunub. Ancaq bu amillərin heç biri peşəkar zabitlər olmadan ordunun düzgün inkişafını təmin edə bilməz...davamı
Yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə də xidmət göstərilir
Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi
polkovnik Eldəniz YƏHYAYEV
Ordu quruculuğuna diqqət və qayğı dövlətə, dövlətçiliyə diqqət və qayğıdır. Belə qayğıyla əhatələnən ordunun şəxsi heyətinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksək olur. Bunun sosial qanunauyğunluq olduğuna əminlik üçün çox da uzaq olmayan tarixi xatırlamaq kifayətdir...davamı
Döyüş növbətçiliyi və Böyük Qələbə
Təqvimə görə dağlara yağan qar dağların ətəklərinə də yağmalıydı, yağmayıb. Ön xəttə çatanacan gözlərim qar axtarıb, könlüm qar istəyib. Görmədim - yoxuydu. Ön xətdəydim. Səngərdəydim...davamı
Asudə vaxt səmərəli təşkil edilir
Azərbaycan Ordusunda, o cümlədən cəbhə xəttində yerləşən bütün hərbi hissələrimizdə şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb. İdeoloji otaqlar və oradakı kütləvi informasiya vasitələrinə aid edilən mətbu nümunələri, televizor avadanlıqları, zəngin ədəbiyyatlarla təmin olunan kibabxanalar şəxsi heyətin istifadəsindədir...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı