Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 52 (2560)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsas istiqamətlərindən birini hərbi təhsil sahəsində əlaqələr təşkil edir. Bu əlaqələrin əsası 1992-ci ilin avqustunda "Qarşılıqlı hərbi təlim-təhsil haqqında müqavilə" və 1996-cı ilin iyununda "Hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş"in imzalanması ilə qoyulub və bu əlaqələr hazırda da uğurla inkişaf etməkdədir. Son illərə qədər minlərlə azərbaycanlı zabit Türkiyə hərbi məktəblərində təhsil alıb və almaqdadır. Bu gün iki ölkənin xüsusi təyinatlı təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur...davamı



Şəhidlərə ehtiramımız əbədidir

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu müharibənin bütün çalarları milli-xəlqi ruhun qələbəsi idi. Bu qələbə dünyanı heyrətləndirdi. 2020-ci ilin noyabrın 8-nə kimi Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edə biləcəyinə inanmaq istəməyən dövlətlərin gümanları çilik-çilik oldu. Düşmən də, onun havadarları da gördü ki, Azərbaycan Ordusu güclü ordudur, bu ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı da döyüş hazırlığı kimi yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Mərdliklə döyüşüb belə qazanılan Zəfəri görməyənlərə ehtiramımız əbədidir. Şəhidlər müqəddəsdir. Müqəddəslik uğrunda şəhid olanlara ehtiramımız da müqəddəs ehtiramdır....davamı



Zabit atanın zabit oğlu

Son iki yüz ildən bəri Azərbaycan xalqı, ərazilərimiz hissə-hissə, zaman-zaman yadellilərin işğalına məruz qalıb. Ermənilər çar Rusiyası dönəmində Azərbaycanın qədim ərazilərinə kütləvi şəkildə köçürüldülər. Yoxdan onlara dövlət yaratdılar və Azərbaycanın əraziləri hesabına erməni dövlətinin ərazisinin böyüdülməsi üçün hər zaman dəstək oldular. Ötən əsrin sonlarında xaricdən güc alan erməni vandalları daha da azğınlaşaraq ölkəmizin daha böyük ərazilərini işğal etdilər. Lakin işğal faktı ilə xalqımız heç vaxt barışmadı. Əksinə, işğal altında olan ərazilərimizi azad etmək üçün dövlətimiz bu illər ərzində hərtərəfli, düşünülmüş addımlar atdı. Ötən ilin sentyabrında növbəti təxribatdan sonra xalqımızın da, dövlətimizin də səbri tükəndi...davamı



Yolunuz açıq olsun, Vətən oğulları!

Yaxşı xatırlayıram, "Azərbaycan Ordusu" qəzeti ilə əlaqələrim təqribən 13 il bundan əvvəl Heydər Əliyev adına Hərbi Liseydə müəllim kimi fəaliyyət göstərərkən məzun kursantlardan aldığım müsahibə materialının dərci ilə başladı. Müsahiblərimdən biri dərs dediyim kursant Qabil Orucəliyev idi. Qabil taqımda əlaçı kursantlardan olmasa da, çox dinamik və enerjili, seçdiyi yola vurğun bir gənc kimi müəllimləri tərəfindən sevilirdi. Müsahibəsində son sözü bu olmuşdu: "Məqsədim, amalım peşəkar zabit kimi ordu sıralarında xidmət etmək, torpaqlarımızın işğaldan azad olunmasında azacıq da olsa payımın olmasıdır"...davamı



Çiçəklərin ləçəkləri Zəfər qoxuyur

Ötən ilki payızın ruhundan cücərmişdi deyə, bu yaz bir başqa yaz oldu.

2016-cı ilin aprelindən üzü bu yana hər il könlümüz yaz fəslinə köklənirdi; döyüş əzminə görə, qələbə ruhuna görə, Mübarizləşən, Çingizləşən oğulların qəhrəmanlıq ruhuna görə, Lələtəpə, Bayraqtəpə ucalığına görə, bir də torpaqlarımızın işğaldan azad ediləcəyi inamına görə…davamı



“Biz qalib əsgərlərik”

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun artırılmasında ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür. Məşğələlər əsgərlərin vətənpərvərlik hissinin artırılması ilə yanaşı, nizam-intizamlı olmalarına da müsbət təsir göstərir. "N" hərbi hissəsində  şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq dərsində iştirak etmək imkanı qazandıq. Mayor Sakin Yediyarov bildirdi ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi və qoşun xidmətinin yaxşılaşdırılması məqsədi ilə günün, həftənin və ayın yekununda xidmətin təhlili aparılır. "Təhlilin yekununda xidmətdə fərqlənən əsgərlərimizin fəaliyyəti bölmənin aylıq divar qəzetində və döyüş vərəqələrində işıqlandırılır. Bu da onların xidmətlərinə daha məsuliyyətli yanaşmalarına və mənəvi-psixoloji vəziyyətlərinin yüksəldilməsinə müsbət təsir göstərir"...davamı



Sağ olun qəhrəman atalar, qardaşlar!

Mən məktəbliyəm. Evimizdə həmişə hərbi paltar görmüşəm. Atamın paltarlarıdı. Özünün də, anamın da onlara ehtiramları böyükdür, bunu uşaqlığımdan duymuşam. Duyduğum üçün də atamla qürurlanmışam. Sinif yoldaşlarımla söhbətləşəndə sevincim daha da aşıb-daşardı. Onlar mənə həsəd aparardılar. Bir dəfə "sən xoşbəxt uşaqsan, ay Kənan" - dedilər. Bir qədər duruxdum...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı