Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:29

"Azərbaycan Ordusu" qəzeti № 51 (2763)

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rəşadətli Azərbaycan Ordusu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun tikilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silahlarla təmin olunması istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır...davamı



Qələbə əzmli topçular

Günorta vaxtıdır. Göyün üzünə sanki dumandan boz pərdə çəkilib, günəşin şüalarını yerə düşməyə qoymur. Hava da istidən adamın gözlərini qamaşdırır. Uzaqdan görünən açıq sahədə açılmış toplar da bir xətdə sıralanıb. Hər topun yaxınlığında ərazinin rənginə uyğun alaçıqlar quraşdırılıb. İsti havalarda heyətlər bu alaçıqların altında günəş şüalarından qorunurlar...davamı



Şəhidlərin şərəfli döyüş yolunu özünə örnək bilən əsgər

Vətənin müdafiəsində dayanmaq, onu qorumaq şərəfli olduğu qədər də müqəddəsdir.  Azərbaycan əsgəri bu müqəddəsliyi Vətən müharibəsində  qanı ilə tarix yazaraq qorudu və gələcək nəsillərin yaddaşına köçürdü. Torpaqlarımızın azadlığı uğrunda şərəfli döyüş yolu keçənlər illərə, əsrlərə söykənən xalqımızın  qəhrəmanlıq ənənələrini əməlləri ilə yaşatdılar...davamı



“Hədəflər vaxtında aşkarlandı və məhv edildi”

Mayor Afiq Əliyev 1988-ci ilin ilıq bir yaz günündə Ağdam rayonunun Qiyaslı kəndində dünyaya göz açıb. Göz açıb ki, doğulduğu bu əsrarəngiz diyarda gözəl günlər yaşasın. Amma erməni işğalçıları nə onu, nə də onun doğmalarını ata-baba yurdunda yaşamağa qoymadılar. İşğalçılar 1993-cü ilin yay günlərində onların kəndlərinə hücum etdilər, evlərini top-tüfəngə tutdular...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu
Suallar:

1. Hərbi etikanın əsasları.

2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları...davamı



“Mən də əsgər olacam!”

Əsgərdən gələn məktub əl-əl gəzir, gözlərin nuruna, ürəklərin sevincinə dönür. Bir nəfərə yazılsa da, neçə dəfə oxunur, neçə ruhu rəvanla ruhən kəlmələşir. Bu kəlmələşmə doğmalaşmadı...
Məktəbliyə əsgərdən məktub gəlib. Şagird məktub yazdığı əsgəri tanımırdı - tanıdı...davamı



“Hərbi xidmətdən qürur duyuram”

Bu gün ordumuzun sıralarında kişilərlə yanaşı, qadın hərbi qulluqçular xidmət edirlər. Kişilik və cəsurluq rəmzi olan hərbi forma geyinmiş bu qadınlar harada, hansı sahədə xidmət etmələrindən asılı olmayaraq, həmişə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı