Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

"Azərbaycan Ordusu" qəzeti № 50 (2468)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub...davamı




Əsgər adı şərəflidir, müqəddəsdir

Əsgər adı şərəflidir, əsgər adı ləyaqət rəmzidir, uludan ulu, ucadan ucadır. Əsrlər boyu əsgərə - yurdun keşikçisinə hörmətlə yanaşılıb, qayğı və diqqət göstərilib. Əsgər yurdun müdafiəçisi, müstəqilliyin təminatçısı, xalqın görən gözü, vuran əlidir. Əsgər Vətənin keşiyində dayanır, onu yağılardan, yadellilərdən, işğalçılardan qoruyur. Qoruyur ki, xalqı əmin-amanlıqda yaşasın. Qoruyur ki, yurdunu düşmənlər yağmalamasın, işğalçılar onu odlara qalamasın, Vətən daim var olsun!..davamı




Təlimdə qazanılan uğurlar Böyük Qələbə ilə sonlandırılacaq

Hər işin vacib şərti təcrübədir. Hərbçi peşəsi daha yüksək təcrübə tələb etməklə yanaşı, yüksək məsuliyyət hissi də tələb edir. Ölkənin dayaq sütunu xalqın arxalandığı ordusudur. Ordu Vətənini, xalqını müdafiə edir, xalq isə ordusuna arxalanır. Bu iki məfhum bir-birilə sıx bağlıdır. Hər iki məfhum bir-birini tamamlayır. Biri olmadan digərini düşünmək mümkün deyil. Bu fikrin təsdiqi kimi iyulda Tovuz döyüşləri gedən ərəfələrdə xalqın göstərdiyi həmrəyliyi xüsusi qeyd etmək lazımdır. Aprel döyüşlərində də bu iki məfhumun qarşılıqlı əlaqəsinin şahidi olduq...davamı




Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

(I məqalə)

İfrat millətçilik təfəkkürünün məngənəsində qalmış Ermənistanın hərbi-siyasi rəhbərliyinin iyulun 12-17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirməyə çalışdığı hərbi təxribatın qarşısının uğurla alınması, heç şübhəsiz ki, xalqımızın müasir tarixinin şanlı səhifələrindən birini təşkil edir...davamı




Əfsanələşən partizan ömrü

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda 2020-ci ilin sentyabrında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin tamam olduğu vurğulanıb...davamı




Vətən sevgisinin başlanğıcı yurd sevgisidi

Azərbaycana qarşı elan etmədən başladığı müharibədə Ermənistanın silahlı birləşmələri sərhəd rayonlarda təxribatlar törədir, sərhədyanı kəndləri artilleriya atəşinə tuturdu. Tovuzun Əlibəyli kəndi də ermənilərin belə həmlələrinə dəfələrlə məruz qalıb. Neçə-neçə evin damına, həyətinə, kəndin yollarına mərmilər, qəlpələr ələnən yaşayış məntəqələrinin müdafiəçiləri rəmzi mənada kürəyində əhalinin nəfəsini duyanda daha qətiyyətli, daha qüdrətli olur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı