Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 14:48

"Azərbaycan Ordusu" qəzeti - №50 (2167)

“Şərəfli vəzifəmi yerinə yetirirəm”
Ön xətdə xidmət edən əsgərlərimizlə söhbətləşəndə Lənkəran rayonundan orduya çağırılan təcrübəli əsgər Murad Nəsirli ilə tanış oldum. Öyrəndim ki, zəhmətkeş bir ailədə təlim-tərbiyə görmüş  gəncin hərbi xidmətini başa vurmasına sayılı günlər qalıb. Bu məqsədlə onunla söhbətimə "Hərbi xidmət sənə nə verdi?" sualı ilə başladım...davamı

Tariximiz, mənəvi dəyərlərimiz təbliğ olunur
Cəbhə xəttindəki bölmənin əsgər yataqxanasında olarkən ideoloji guşə diqqətimi çəkdi. Hələ dəhlizdə aprel döyüşləri qəhrəmanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların foto guşələri bölmədə ideoloji, təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığını göstərirdi. Bu isə şəxsi heyətə döyüş ruhu və vətənpərvərlik hissləri aşılanmasında böyük rol oynayır...davamı

Gənclik gələcəyimizdir
Həyatda insanların baxış bucağı fərqlidir. Hər kəs də bu baxış bucağında yaşadığı zamanın tələblərini, meyarlarını yerinə yetirməyə çalışır, ömür payının ilmələrini hörür, əməlləriylə ömrünə min cür naxış vurur. Bu naxışlar xalqına, millətinə layiqli ömür yaşananda həm göz oxşayır, həm də könül xoşluğuna dönür...davamı

Kursantların asudə vaxtları mənalı keçir
Ömrünün müxtəlif çağlarında rəsm çəkmək həvəsinə düşənlər də olur. Bəzən ya karandaş, ya bir fırça götürüb ətrafında seyr etdiyi heyranedici mənzərələri kətan üzərinə köçürməyə çalışır...davamı

Həmişə öndə olacaqlarına söz verdilər
"N" hərbi hissəsində olarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, hərbi xidmət müddətini başa vuran hərbi qulluqçularla görüşdük. Onlar bildirdilər ki, xidmət müddətləri başa çatsa da, yenə özlərini Vətənin müsəlləh əsgərləri hesab edirlər. "Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hər bir vətəndaşın müqəddəs borcudur", - deyən hərbi qulluqçular hər zaman döyüşə hazır olacaqlarını qətiyyətlə bildirdilər...davamı

Əsgər anasının məktubu
Canım oğlum... Əsgər oğlum... Məktubunu "Azərbaycan Ordusu" qəzetində oxudum. Kövrəldim də, duyğulandım da, qürurlandım da. Nə danım, göz yaşlarım üzümü yandırdı da...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı