Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2021 11:11

"Azərbaycan Ordusu" qəzeti № 5 (2513)

Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi

Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq...davamı



“Biz qalib ordunun əsgəriyik!”

Hərbi hissədə polkovnik-leytenant Rüstəm Məmmədov söhbət zamanı bildirdi ki, xalqımız ordusu ilə qürur duyur. "Yuxarı komandanlığın rəhbərliyi altında şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi, ekstremal şəraitdə düzgün qərar qəbul etməsi istiqamətində mühüm addımlar atdıq. Keçirilən məşqlərin, təlimlərin nəticəsi idi ki, əks-hücum əməliyyatı başladığı zaman düşmənə atılan güllələr hədəfdən yayınmırdı.  Sıraları seyrələn işğalçılar geri çəkilirdi. Vətən qarşısında övladlıq borcumuzu yerinə yetirdik. Torpaqlarımızı işğaldan azad etdik. O yerlərdə şanlı, üçrəngli Azərbaycan Bayrağı dalğalanır."...davamı



“Xalqımıza qələbə sevincini yaşadanların sırasında olmağımla qürur duyuram”

Bu gün Vətənimizin keşiyində dayanan, soyuqda-sazaqda qəlbi Vətən eşqi ilə döyünən, xalqımıza Böyük Qələbənin sevincini bəxş edən ordumuzla və onun şəxsi heyəti ilə hər bir azərbaycanlı qürur duyur. Zəfərin əldə olunmasında zəhməti olan oğullarımızdan biri ilə - əsgər İlkin Quliyevlə "N" hərbi hissəsində tanış olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Babək İbrahimov bildirdi ki, əsgər İlkin Quliyev xidmətə gəldiyi ilk günlərdən mərdliyi, cəsarəti, qorxmazlığı ilə seçilib...davamı



Güclü dövlətimizlə, rəşadətli ordumuzla gəldik, Qarabağ...

Soyuq bir qış günündə ürəyimdə gizli qalan hisslərimi çözələyərək, beynimin bir küncündə özünə yer salmış xatirələrimi canlandıraraq Azərbaycan əsgərinin görüşünə gedirəm. Düşünürəm ki, əsgərlərimizlə Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfərini xatırlayacağıq. Rəşadətli ordumuzun Qələbə sevincini, o vaxt yaşanan qələbə qürurunu yenə birgə yaşayacağıq. Artıq bütün hisslərim və duyğularımla həmin görüşə köklənmişəm...davamı



Xalqımıza qələbə sevincini yaşadan oğullar

"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi, eyni zamanda, xalqımızın qələbə əzminin bir daha əyani təsdiqi  oldu. 44 gün davam edən Vətən savaşında  xalqımızın vətənpərvər, hünərli oğulları  qəhrəmanlıq tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edərək, 30 illik həsrətə son qoydular...davamı



20 Yanvar - müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir.

20 Yanvar təqvimdə adi gündür, xalqın tarixində xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir.

20 Yanvar faciəsindən 31 il keçir...davamı



Vətən müharibəsi -  Zəfər tariximiz

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə ərazilərimizə hücum etdi. Televiziyada Müdafiə Nazirliyinin rəsmi məlumatı yayımlandı: "Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirir, şəhidlərimiz var...". Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlanıldı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı