AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələrin yaradılması uğurlu dövlət gənclər siyasətin nəticəsidir
XXI əsrin müharibələri sübut etdi ki, güclü ordunun formalaşmasında savadlı, yüksək intellektual səviyyəli, analitik və strateji təfəkkürlü peşəkar kadrların rolu danılmazdır. Bütün sahələrdə olduğu kimi, ordumuzda da müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək bacarıqlara malik kadrların formalaşdırılması prioritet məsələdir...davamı
Güclü ordu güclü dövlətin təməlidir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:
“...Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm. Əminəm ki, siz də, sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti də bir nəfər tək ayağa qalxıb, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz”...davamı
Şəhid övladlarının iştirakı ilə “Xəyallarımı rəngləyirəm” mövzusunda müsabiqə keçirildi
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Nəbatat Bağında şəhid övladları arasında "Xəyallarımı rəngləyirəm" mövzusunda "Kiçik əllərlə böyük arzular" şüarı altında rəsm müsabiqəsinə həsr olunmuş tədbir keçirildi...davamı
General-mayor Həsən ağa Bakıxanov
Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada general-leytenant Cəfərqulu ağa Bakıxanovun ailəsində anadan olub. Həsən ağanın babası Bakı xanlığının keçmiş hakim xanı II Mirzə Məhəmməd xan idi. Cəfərqulu ağanın üç övladından (Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım) ikisi atasının yolu ilə gedib, hərbi peşəni seçiblər...davamı
Psixoloji kəşfiyyat informasiya müharibəsi kimi
"Ən böyük zəfər döyüşmədən, düşməni məhv etməkdir", bu sözlər Sun Tzunun "Müharibə sənəti" əsərində yer alır. Hələ eramızdan əvvəl VI əsrdə çinli filosof informasiyanın vacibliyini vurğulayıb.
İnformasiya müharibəsi anlayışına ilk olaraq 1976-cı ildə ABŞ-da hesabat sənədlərində rast gəlinmişdir...davamı
Azərbaycan-Pakistan qardaşlığı - igidlik, etimad və əbədi dostluğun rəmzi
Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə, ortaq dini-mədəni dəyərlərə və siyasi həmrəyliyə əsaslanır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Pakistan İslam Respublikası onu tanıyan ilk dövlətlərdən biri olmuşdur. Bu günə qədər iki ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı