Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

"Azərbaycan Ordusu" qəzeti № 44 (2462)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Ermənistanın hərbi infrastrukturunun dəqiqliklə vurulması müasir silahlar hesabına mümkün olub

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər...davamı



“Düşmənə sarsıdıcı zərbələr endirdik”

Erməni təcavüzkarlarının xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət nəticəsində tariximizin səhifələri faciələr, qanlı hadisələrlə doludur. Hər səfərində yaranmış siyasi vəziyyətdən istifadə edən mənfur qonşumuz Azərbaycan torpaqlarında "böyük Ermənistan" dövləti yaratmaq istəyib. Niyyətinə çatmaq üçün ötən əsrin sonlarında düşmən yenidən işğalçılıq siyasətinə geniş vüsət verdi və bu zaman xalqımıza qarşı etnik təmizləmə və soyqırımı törətməkdən belə çəkinmədi...davamı



Xalqın sizə inamı qalibiyyət bayrağındı, Azərbaycan əsgəri!


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elan edilmədən başlayan və davam edən müharibəyə səbəb olub. Beynəlxalq təşkilatlar bu münaqişənin həlli ilə bağlı qətiyyətli mövqe göstərmir. Bu səbəbdən də işğalçı dövlət atəşkəsi müntəzəm olaraq pozur, təmas xəttində təxribatlar törədir. İşğalçılıq niyyətinin davamı olan belə təxribatlar münaqişənin həlli prosesini uzadır...davamı



Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiya dağılandan sonra yaranmışdı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığının sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi...davamı



Şəhid gizir Yaşar Babayevin dünyaya yeni göz açan övladı hospitaldan çıxarıldı

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlunun 8 illik həsrətdən sonra  dünyaya göz açan qız övladı Narinin 21 iyul tarixində "Caspian İnternational Hospital"dan çıxarılma mərasimi keçirildi...davamı



“Qələbə ruhumuz yüksəkdir”

Əsgər Fərid Nuruzadə "N" hərbi hissəsində təlim-məşq keçdikdən, silahların sirlərinə və istismar xüsusiyyətlərinə yiyələndikdən sonra ön xətdə xidmətə başlayıb.
- Əzizlərim məni hərbi xidmətə təntənə ilə yola saldılar. Atamın dediyi sözləri heç vaxt unutmaram: "Oğul, biz səni ordu sıralarına yola salırıq. Buna çox sevinirik. Çünki bundan sonra sən Vətənə əsgər, mən isə əsgər atası olacam. Getdiyin bu yol ataların, babaların yoludur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı