Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:20

"Azərbaycan Ordusu" qəzeti № 43 (2654)

“Teknofest Azərbaycan-Türkiyə qardaşlığının öz gənclərinə olan inamının təsdiqidir”

Elm və texnologiyanın müasir dövrün tələbləri əsasında qurulması və inkişaf etdirilməsi gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biridir...davamı



“Biz Zəfərin əsgəri olduq”

Müddətdən artıq həqiqi hərbi xidmətə gələndə məqsədi erməni işğalı altında olan Vətən torpaqlarını azad edənlərin sırasında olmaq, əsgər kimi həmişə komandirlərin verdiyi bütün əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək, döyüşlər başlayanda düşməni məhv etmək üçün vacib olan bütün döyüş üsullarını öyrənmək idi. Bu niyyətlə ömür yolunu hərbi xidmətlə bağladı...davamı



“Qələbə güc, iradə və ruh yüksəkliyi hesabına qazanılır”

Müsahibimiz Vətən müharibəsində düşmənə qarşı ləyaqətlə vuruşan baş leytenant İsmayıl Qasım oğlu Mustafayevdir. O, 18 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin məzunudur. "N" hərbi hissəsində xidmətdədir...davamı



Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır

Bəşəriyyətin üzləşdiyi ciddi problemlərdən biri də insanları, insanların timsalında dövləti fəlakətə yönəldən narkomanlıqdır. Narkomanlıq cinayətkarlığa aparır, cinayətlər cəmiyyətin sosial durumunu ciddi şəkildə pozur ki, bu da cəmiyyətin sabahı adlandırılan gəncliyin mənəvi şikəstliyinə, nəticə etibarilə dövlətin dövlətçilik təsisatlarında problemlərin yaranmasına səbəb olur...davamı



İctimai-siyasi hazırlıq dərsləri hərbi-ideoloji işin mühüm istiqamətlərindəndir

Gənclərimizin dünyagörüşünün, intellektual potensialının və vətənpərvərlik hissinin yüksək olmasına orduda xüsusi diqqət yetirilir. Belə ki, xidmət keçən əsgərlər təşkil olunan döyüş hazırlığı dərslərində nəzəri və praktiki hərbi biliklərini artırmaqla yanaşı, ictimai-siyasi hazırlıq dərslərində müxtəlif mövzular üzrə informasiya bazalarını möhkəmləndirirlər...davamı



“Vətən mənə oğul desə...” adlı bədii qiraət və inşa müsabiqələri keçirildi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Silahlı Qüvvələr Gününə həsr olunan "Vətən mənə oğul desə..." adlı bədii qiraət və inşa müsabiqələri keçirildi. Müsabiqələrdə birinci və ikinci kurslarda təhsil alan kursantlar iştirak etdilər...davamı



MOİK təmsilçiləri dünya çempionatında növbəti uğurlar qazandılar

26-30 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərinin universal idman sarayında yeniyetmələr və böyüklər arasında həvəskar universal döyüş üzrə dünya çempionatı keçirildi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı