Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirildi
Müasir dövrdə yeni texnologiyalara bütün sahələrdə rast gəlmək mümkündür. Günümüzün tələblərini təyin edən innovativ yeniliklərin gündəlik fəaliyyətimizdə özünəməxsus yeri var. İnkişafda olan ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarındakı tərəqqi göz önündədir...davamı
“İnsan həyatı üçün ən vacib şərt sağlamlıqdır”
Ordunun gücü sağlam və möhkəm əsgərləridir. Əsgərlərin keçirilən dərslərdə və təlimlərdə fəal iştirak edərək, hərbi bilik və vərdişlərə dərindən yiyələnməsi üçün əhval-ruhiyyələri daim yüksək olmalıdır. Bunun üçün də ordumuzun bütün bölmələrində yaradılan yüksək sosial-məişət şəraiti onların mənəvi-psixoloji hazırlığına müsbət təsir edən əsas amillərdəndir...davamı
“Xalqımızı zəfərlərimizlə sevindirəcəyik”
Komando hərbi hissəsində xidmət edən hərbçilərlə görüşümüz yaddaqalan oldu. Şəxsi heyət təlimdən yenicə qayıtmışdı. Əsgərlərə müvafiq əmr və tapşırıqlar verən kapitan Taleh Əlcəfərovla söhbətləşdik. Öyrəndik ki, zabit Taleh Əlcəfərov 18 oktyabr 1989-cu ildə keçmiş ittifaqın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində dünyaya göz açıb. 1993-cü ildə ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonuna qayıdıb...davamı
Şəhidə, şəhidliyə ehtiram
Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər Azərbaycan Ordusunun, Ali Baş Komandanın sərkərdəlik məharətinin, xalqın orduya inamının, ordunun gücünün qüdrəti idi. BMT Təhlükəsizlik Şurasının illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu həll etdi...davamı
Şəhid adının müqəddəsliyi
5 avqust 2000-ci ildə Lerikdə dünyaya gələn Altay Tahir oğlu Mövlanov 44 günlük İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Vətən yolunda canını qurban etdiyinə görə onun bu ölümü ömrünün sonu olmur...davamı
Mənziliniz mübarək, igidlər!
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev qələbənin tarixi əhəmiyyətinin böyüklüyünü diqqətə çatdıraraq deyib: "Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur...davamı
Hərbi musiqimizin Cıdır düzündə Cəngi sədaları
Müasir ordu quruculuğunda xüsusi yeri və əhəmiyyəti olan hərbi musiqimiz şərəfli tarixi yol keçdi. Bu 30 illik dönəmdə hərbi quruculuqda ordu ənənələrini yaşatmaq və onu daha da inkişaf etdirmək qarşıda dayanan əsas vəzifələrdən biri oldu. Dövlət tədbirlərindən tutmuş, şəxsi heyətin vətənpərvərlik və döyüş ruhunun yüksəlməsində, mənəvi-psixoloji hazırlıqlarının artırılmasında hərbi musiqimizin xidməti əvəzsizdir...davamı
Asudə vaxt əsgərlərin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir
Asudə vaxt dedikdə, təkcə istirahət və bayram günləri nəzərdə tutulmur. Təsdiq edilmiş günün nizam qaydasına uyğun olaraq əsgərlər müəyyən vaxtlarda idmanla məşğul olur, hərəkətli və ya intellektual oyunlar oynayırlar. Asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərinin formalaşmasına və inkişafına kömək etməklə yanaşı, onların dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət kəsb edir...davamı
“Hərbi formanı daşımaqdan qürur duyuram”
Vətən müharibəsi tarixi zəfərimizlə başa çatdı. Bu zəfər hər bir azərbaycanlını qürurlandırdı, ordumuzun qüdrətinə və gücünə inamını daha da artırdı. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri istənilən an qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməyə qadirdir...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı