Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2021 10:46

"Azərbaycan Ordusu" qəzeti № 39 (2547)

Böyük Qələbə gələcək uğurlarımızın açarı olacaq!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Arsenalımızın müasir silahlarla təmin olunması, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi prioritet seçilmiş istiqamətlərdəndir. Bu gün ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində rəşadətli ordumuz gündən-günə qüdrətlənir. Tam əminliklə deyə bilərik ki, atılan qətiyyətli addımlar sayəsində Azərbaycan Ordusu qısa müddət ərzində böyük uğurlara imza atmağı bacarıb...davamı



“Azərbaycan əsgəri daim Vətənin keşiyindədir”

"N" hərbi hissəsində xidməti ilə komandir heyətinin hörmət və rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Atəş Mustafayev ilə tanış olduq. Komandirlərinin dediklərinə əsasən o, Vətəninə sadiq bir döyüşçü kimi vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır...davamı



Ömrün şəhidlik zirvəsi

Vətən müharibəsi - tariximizə qızıl hərflərlə yazılan, xalqımıza zəfər sevincini yaşadan haqq savaşıdır. Döyüşlər zamanı hər bir azərbaycanlı Vətən naminə göz qırpmadan canından keçməyə hazır olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Xalq Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib, Vətənimizin müdafiəsinə qalxdı. İgid oğullarımız döyüşlərdə yüksək əzmkarlıq göstərərək ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə son damla qanınadək vuruşub tarixi ədaləti bərpa etdilər. Böyük Qələbənin qazanılmasında şücaətlə vuruşaraq şəhadətə qovuşan oğullarımızın payı əvəzsizdir...davamı



“Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq”

Rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də Ermənistanın təxribatına layiqli cavab verməsi, mülki əhaliyə yönəlmiş təcavüzkarlığına qarşı bütün cəbhə boyu əks-hücuma keçməsi hərb tariximizin ən şanlı səhifələrinin yazıldığı günlərə çevrildi. Beləliklə, Azərbaycan Ordusunun zəfər yürüşü başladı...davamı



Azərbaycan əsgəri bundan da möhkəm sədləri yerlə-yeksan edərdi

Ermənistan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün nə vaxtsa döyüşəcəyini bilirdi. Bilirdi ki, "nə vaxtsa" gümanı şərti deyil. Düşmən Azərbaycan xalqının qətiyyətini görürdü, xalqın ölkə başçısına inamını görürdü, ordusuna güvəncini görürdü. "Qarabağ Azərbaycandır və nida işarəsi" qətiyyəti Ermənistanın bütün ümidlərini silkələdi...davamı



Vətəndaşlıq hissi və vicdanın səsi ilə yazılmış əsər

Əsərlərini sevə-sevə oxuduğumuz qırğız yazıçısı Çingiz Aytmatov yaradılan sənət əsərlərinə, kitaba yüksək qiymət verərək deyib: "Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir". Doğrudan da, elədir, yaxşı, dəyərli kitablar əl-əl gəzir, oxunur, insanlara mənəvi zövq verir, onlara düzgün yol göstərir. Heç vaxt dəyərini itirmir, daim zamanlara meydan oxuyur.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Bəxtiyar Əliyevin oxuculara təqdim etdiyi "Ağdərə döyüşləri" kitabı da çox dəyərlidir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı