Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

"Azərbaycan Ordusu" qəzeti № 33 (2451)

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik

Bu gün Azərbaycanda ordu quruculuğuna dair bütün tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən başladılan proses və 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün ordumuzun dünyanın ən güclü orduları sırasına daxil olmasına imkan yaradıb...davamı



“Topçu kimi istənilən tapşırığı uğurla yerinə yetirmək əzmindəyik”

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Son illərdə aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Keçirilən genişmiqyaslı təlimlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir...davamı



Ordumuz qələbə qazanmağa qadir ordudur

Bu gün torpaqlarımızın keşiyində dayanan, komandirlərin əmr və tapşırıqlarını layiqincə yerinə yetirən, xalqımızın iradəsinə, dəyərlərinə hörmətlə yanaşan, şəhidlərimizin ruhu qarşısında özünü borclu hesab edən, dövlətimizə və dövlətçiliyimizə layiqli xidmət edən əsgərlərimiz çoxdur. Belə əsgərlərdən biri də Ağalar Abdulrəhmanovdur...davamı



Qələbəmiz bəşərilik qələbəsi olacaq

Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır. "Vətənə və bəşəriyyətə necə faydalı ola bilərəm?" düşüncəsi ilə yaşayan hər bir insan məqamında qəhrəman ola bilər. Görülən işin nə qədər faydalı olduğunun göstəricisi isə aparılan çalışmanın insan həyatına, bəşəriyyətə müsbət təsiri ilə ölçülür. Bu mənada, insanlıq əleyhinə törədilmiş cinayətləri dünya ictimaiyyətinə aydınlatmaq da bəşəriyyət qarşısında dəyərli xidmət sayılır. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölkəmizə və bəşəriyyətə xidməti, istər Şuşada, istər Laçında, istərsə də Xocalıda çəkdiyi kadrlar bu baxımdan çox dəyərlidir...davamı



“Uşaqlar bizim gələcəyimizdir...”

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Bu kəlam Azərbaycanın bəşəri dövlət olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün mahiyyətinə münasibətini ifadə edir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey də bu müdrik kəlamın işığında fəaliyyətə başladı...davamı



Yüksək fiziki hazırlıq qələbəni sürətləndirir

Gənclərin sağlam olması gələcəyin uğurlu olması deməkdir. Əbəs yerə deyil ki, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi, fiziki cəhətdən sağlam olması ən punktual məsələlərdən biridir. Dövlətimizin təməl prinsiplərindən biri olan gənclərimizin sağlam olmasında mühüm rol oynayan faktor onların gündəlik fəaliyyətində idmana xüsusi yer verməsi ilə birbaşa əlaqəlidir. Gənclərin idmana olan marağının artması fonunda ölkə rəhbərliyi təhsil müəssisələrində idman zallarının, ölkə ərazisində yüksək tələblərə cavab verən idman komplekslərinin tikilməsini xüsusi diqqətdə saxlayır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı