Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

"Azərbaycan Ordusu" qəzeti № 30 (2448)

“Böyük Qələbəni də qazanacağıq”

Vətən anlayışı geniş mənaya malik məfhumdur. Doğulduğumuz yer, üzərində böyüyüb boya-başa çatdığımız torpaq, yaşadığımız və ən əsası ata-babalarımızdan bizə miras qalan müqəddəs ünvandır Vətən. Uğrunda qan tökdüyün, can verdiyin müqəddəs məkandır Vətən. Əbəs yerə Vətənə olan sevgi Ana sevgisinə bərabər tutulmur. Vətən - Ana qucağıtək, bir milləti və eyni bayraq altında birləşən hər bir vətəndaşı bağrına basan qollardır. Vətən bizə Anamız qədər əzizdir...davamı



Şərəfli peşə, parlaq gələcək


Müasir Azərbaycan Ordusunun banisi, Əbədiyaşar Komandan Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində ordu quruculuğuna yüksək diqqət və qayğı göstərib. Ümummilli Lider gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə daim diqqət yetirərək, "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" - deyirdi. Hər kəs birmənalı şəkildə dərk edir ki, zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir...davamı



“Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olmalıdır”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsini artırmaq məqsədilə keçirilən ictimai-siyasi hazırlıq məşğələsinin gedişatı ilə yaxından tanış olduq. Dərs üçün nəzərdə tutulan ideoloji otağın səliqə-sahmanı göz oxşayırdı. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə şəxsi heyətlə görüşünü əks etdirən şəkillər, dövlət atributlarımız, tarixi qəhrəmanlarımız, sərkərdələrimiz, qan yaddaşımızı əks etdirən foto-stendlər bizdə xoş təəssürat yaratdı...davamı



“Atamın döyüş yolunu özümə örnək bilirəm”

Vətən qarşısındakı övladlıq borcunu ləyaqətlə və şərəflə yerinə yetirən əsgərlərimizdən biri də Orxan Atakişiyevdir. Orxan cəbhə xəttində yerləşən bölmələrimizdən birində xidmət edir. Qeyd edək ki, nümunəvi, hazırlıqlı əsgəri dəyərləndirən başlıca xüsusiyyətlər, ilk növbədə, onun ailə, məktəb tərbiyəsindən irəli gəlir. Ordu sıralarında hərbi xidmətə başlayan gənc  ilk öncə cəmiyyətdə yetişib, ailə mühitindən çıxaraq məktəbin və ictimai mühitin təsiri ilə formalaşır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri...davamı



Böyük Vətən müharibəsində Azərbaycan xalqının mübarizə əzmi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Xatirə Kitabı Redaksiyası Böyük Vətən müharibəsində qazanılan Qələbənin 75 illik yubileyi münasibətilə "Qələbə-75" adlı Xüsusi buraxılış hazırlamışdır. Xüsusi buraxılışda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etmiş qəhrəman övladları haqqında məlumatlar xüsusi araşdırılaraq dərc edilmiş, Azərbaycanın Sovet İttifaqı qəhrəmanlarının həyatı  və keçdiyi  döyüş yollları haqqında məlumatlar Azərbaycan və rus dillərində öz əksini tapmışdır...davamı



Güclü, çevik, hazırlıqlı...

Hərbi hissəyə gəlişimiz şəxsi heyətin fiziki hazırlıq saatına təsadüf etmişdi. Vətənin müdafiəçiləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Samid Ağayevin rəhbərliyi altında qurğularda müxtəlif idman elementlərini yerinə yetirirdilər. Hiss olunurdu ki, əsgərlər fiziki cəhətdən hazırlıqlıdırlar. Onlar ardıcıl olaraq müxtəlif alətlərdə məşq edirdilər. Məşğələ bitdikdən sonra Vətənin keşiyində mətinliklə dayanan oğullarımızla həmsöhbət olduq...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı