Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

"Azərbaycan Ordusu" qəzeti 3 iyul 2019-cu il №51 (2368)

“Ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”
Yayın ilk günləridi... Əsrarəngiz yaz fəslindən sonra isti yayın gəlişi nədənsə mənə qələbə ovqatı bəxş edir. Qələbə ovqatlı isti bir yay günündə yolumuz ön xəttədir. Səngərə, əsgərlərlə görüşə tələsirik.
Artıq hərbi hissənin qərargahındayıq. Zabit Qənbər Orucovla görüşürük. O, söhbət əsnasında Azərbaycan əsgərinin Vətənin keşiyində daim ayıq-sayıq dayandığını, onların mənəvi-psixoloji vəziyyətinin, məişət şəraitlərinin yüksək səviyyədə olduğunu bildirir...davamı








Daha məsuliyyətlə xidmət edəcəyik

Peşə seçiminə müxtəlif amillər təsir göstərir. Bunlar hər bir gəncin gələcəyində əhəmiyyəti ilə yadda qalır.
Mən bütün fənləri maraqla oxuyurdum. Tarix fənnini xüsusən. Xalqımızın uzaq tarixini də, yeni  tarixini də maraqla öyrənirdim. Sərkərdələrimiz haqqında oxuduqlarım - Səfəvilər dövləti, böyük şair-sərkərdə Şah İsmayıl Xətainin azərbaycançılıq qüdrəti, Gəncə xanı Cavad xanın Vətən sevgisi, Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanları düşüncələrimi özünə cəlb etmişdi, məndə hərbçi peşəsinə maraq yaratmışdı. Fikrimi valideynlərim də bəyəndilər...davamı








“İnam da, etibar da güc deməkdir”
Son illərdə Müdafiə nazirinin əmri ilə müntəzəm keçirilən "Açıq qapı günü" ordu-ictimaiyyət münasibətlərinin səmimiliklə daha da dərinləşməsində müstəsna əhəmiyyətə malikdir. Bu tədbir təkcə şəffaflığın deyil, həm də etimadın, inamın, etibarın, güvəncin təsdiqidir. Əsgər atalarının ürək sözləri bir mətləbin ifadəsi kimi səsləndi: "İnam da, etibar da güc deməkdir"...davamı








“Tezliklə Qələbə uvertürasını səsləndirəcəyik”
Müsahibimiz Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, professor    general-mayor Yusif Axundzadədir.
- Yusif müəllim, hərbi musiqinin ordu tariximizdə yeri barədə nə deyə bilərsiniz?...davamı








Mənəvi-psixoloji hazırlıqda ideoloji vasitə
Azərbaycanın malik olduğu iqtisadi potensialı ilə bir sırada dövlətçilik tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı dünya dövlətlərinin diqqətini çəkmiş, bu münasibət Azərbaycana böyük ehtiram qazandırmışdır. Ordu quruculuğu dövlət üçün prioritet olan Azərbaycanın güclü ordusu olması bu baxımdan təbiidir, qanunauyğundur, qibtəediləndir. 2018-ci ildə Bakıda Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar bu ehtiramı daha da mətinləşdirdi, dönməzləşdirdi...davamı








“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi...davamı








Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə diqqət və qayğı daimidir
Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Müharibə əlilləri, veteranları və şəhid ailələri bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladılar, dövlət başçısına minnətdarlıqlarını bildirdilər...davamı








“Qələbəyə fiziki cəhətdən də hazırıq”
Günün nizam qaydası əsgərlərin gündəlik fəaliyyətini müəyyənləşdirir. Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindəndir. Hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada icra edilən idman hərəkətləri ilə şəxsi heyət nə qədər çox məşğul olsa, o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olar. İdman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə də müsbət təsir göstərir...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı