Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2019 10:55

Daha məsuliyyətlə xidmət edəcəyik

Peşə seçiminə müxtəlif amillər təsir göstərir. Bunlar hər bir gəncin gələcəyində əhəmiyyəti ilə yadda qalır.
Mən bütün fənləri maraqla oxuyurdum. Tarix fənnini xüsusən. Xalqımızın uzaq tarixini də, yeni  tarixini də maraqla öyrənirdim. Sərkərdələrimiz haqqında oxuduqlarım - Səfəvilər dövləti, böyük şair-sərkərdə Şah İsmayıl Xətainin azərbaycançılıq qüdrəti, Gəncə xanı Cavad xanın Vətən sevgisi, Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanları düşüncələrimi özünə cəlb etmişdi, məndə hərbçi peşəsinə maraq yaratmışdı. Fikrimi valideynlərim də bəyəndilər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldım və oranı 2010-cu ildə bitirdim.
Ön xətdə xidmətimlə qürur duyuram.
Son illərdə ordumuzda həyata keçirilən irimiqyaslı təlimlər, ordumuzun ən müasir qurğularla təchiz edilməsi, hərbi hissələrin əsaslı təmir olunması təlimlərdə döyüş hazırlığı təkmilləşən şəxsi heyətin mənəvi-psixolojı hazırlığını kifayət qədər yüksəldib. Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin ön xətdə - səngərlərdə əsgər və zabitlərlə söhbətləri, onların mükafatlandırılması bu hazırlığın daha da dönməzləşdirilməsində əlavə gərəkli bir stimul oldu...
Azərbaycanda ordu dövlət üçün prioritetdir. Dövlət başçısının orduya diqqət və qayğısı daimidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla hərbi qulluqçuların aylıq vəzifə maaşı artırıldı. Bu, böyük qayğının davamı deməkdir. Azərbaycan Ordusunun şəxsi heyəti həmişə Vətənə sədaqətlə xidmət edib. Ölkə başçısının bu miqyasda qayğısı hərbi qulluqçuların xidmətə məsuliyyətini daha da artıracaq. Mən və mənim xidmət yoldaşlarım belə düşünür. İnanıram ki, bütün hərbi qulluqçular da bu fikirdədirlər.
Hər birimiz Ali Baş Komandanın,  Müdafiə nazirinin istənilən əmr və göstərişlərini yerinə yetirməyə, Ali Baş Komandanın döyüş əmrinə tam hazırıq.

Rəşad ŞIXIYEV, "N" hərbi hissəsi