Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 09:56

"Azərbaycan Ordusu" qəzeti № 29 (2447)

Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur

XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır...davamı



“Qələbəyə gedən yollar” vətənpərvərlik mahnısı ən yüksək mükafata - “Qran-Pri”yə layiq görülüb


1941-1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi respublikamızda silsilə tədbirlərlə qeyd olunub.

Koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq həmin tədbirlərdə Azərbaycan Ordusunun nümayəndələri də fəal iştirak ediblər...davamı



Hospitalın aztəminatlı işçilərinə yardım göstərilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə yardım aksiyası keçirilib. Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasına (COVID-19) yoluxmanın qarşısının alınması və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar hospitalın aztəminatlı işçilərinə ərzaq və maliyyə yardımı göstərilib...davamı



“Qarabağın ürəyi olan Şuşanı unutmayaq!”

1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri Şuşa şəhərini işğal etdi. Azərbaycanın ərazi bütövlüyünə vurulmuş bu ağır zərbədən artıq 28 il keçir. Xalqımız əzəli torpaqlarımızın, o cümlədən Azərbaycanın dilbər guşələrindən biri, Vətənimizin musiqi beşiyi hesab edilən Şuşa şəhərinin itirilməsi ilə heç zaman barışmayacaq.

Azərbaycan Hərb Tarixi Muzeyində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin rejiminə riayət etməklə "Qarabağın ürəyi olan Şuşanı unutmayaq!" adlı tədbir keçirildi...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Əsgərin hərbi xidmətə sosial-psixoloji adaptasiya olunması.

Suallar:

1. Sosial-psixoloji adaptasiyanın mahiyyəti.

2. Sosial-psixoloji adaptasiyanın mərhələləri.

3. Orduda döyüşçünün formalaşması...davamı



“Şuşa qalasına qələbə bayrağımız sancılacaq”

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədən 75 il ötür. Tarixi qələbədə xalqımızın igid oğul və qızlarının böyük rolu və əvəzolunmaz töhfələrinin olması hər kəsə məlumdur. Dünya tarixinin ən qanlı müharibələrindən biri olan Böyük Vətən müharibəsində yüz minlərlə həmyerlimiz həm ön, həm də arxa cəbhədə düşmənə qarşı mübarizə apardı. Yaradılan diviziyalarda və partizan dəstələrində Hitler Almaniyasına qarşı müharibədə döyüşçülərimiz Qafqazdan (Zaqafqaziya cəbhəsindən) Berlinədək şanlı döyüş yolu keçərək, qazanılan qələbədə əvəzsiz pay sahibi oldular...davamı



Ən gözəl səhər olacaq...

Bu ilin yazı bəşəriyyətə bir ürək tutumunca könül xoşluğu verməyə macal tapmamış düzü-dünyanı olduqca qorxulu virus bürüdü. Təbabətin bu yüyrək pandemiyanın qarşısını almağa hələ ki, qüdrəti çatmır. Dünyəvi təbabət etiraf edir ki, bu qüdrətin başlanğıcı dövlətin gördüyü qabaqlayıcı tədbirlər ola bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq səərəncamları ilə pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü, xüsusi karantin rejimi, karantin rejiminə görə  müxtəlif iş sahələrində müəyyən iş məhdudiyyətləri tətbiq edildi...davamı

 


"Azərbaycan Ordusu" qəzetinin tam variantı