Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

“Qələbəyə gedən yollar” vətənpərvərlik mahnısı ən yüksək mükafata - “Qran-Pri”yə layiq görülüb

1941-1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi respublikamızda silsilə tədbirlərlə qeyd olunub.
Koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq həmin tədbirlərdə Azərbaycan Ordusunun nümayəndələri də fəal iştirak ediblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının Qələbə Gününə həsr olunmuş ən yaxşı mahnı müsabiqəsində bəstəkar Azad Zahidin Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə yazdığı "Qələbəyə gedən yollar" mahnısı görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etdiyi münsiflər heyəti tərəfindən ən yüksək mükafata - "Qran-Pri"yə layiq görülüb.
Mahnını bir neçə gün öncə Prezident mükafatına layiq görülmüş, Əməkdar artist, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini mayor Cahangir Qurbanov ifa edib.
"Qələbəyə gedən yollar" vətənpərvərlik mahnısının da ata-babalarımızın qəhrəmanlıq ənənələrini ləyaqətlə davam etdirən Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə xidmət edəcəyinə əminik.

"Azərbaycan Ordusu"