Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 11:15

"Azərbaycan Ordusu" qəzeti - 29.04.2017-ci il №32 (2149)

Vətən qorunur!
Hava günəşli olduğu üçün o qədər də soyuq deyildi. Dağların bir üzü yenicə yaşıllaşmağa başlayan ağaclarla, digər üzü isə günorta saatlarında günəş şüasının dəyib əridə bilmədiyi qarla örtülmüşdü. Uzaqdan baxanda sanki bir tərəfdə çiçək açmış baharı, digər tərəfdə isə qarlı-şaxtalı qışı görürsən. Ağacların sıx kölgə saldığı cığırla döyüş postuna çatırıq...davamı



Düşmənin ayaq izləri yurdumuzdan silinəcək
Ezamiyyətdə olduğumuz zaman həmişəki kimi səngərə - əsgərlərimizlə görüşə can atırıq. Gözlərimiz təbiət gözəlliklərinin axtarışındaykən yolun solundakı düzənlikdə bir qrup şəxsi heyətin toplaşdığının şahidi oluruq. Öyrənirik ki, öz bilik və bacarıqlarını təkmilləşdirmək üçün minaatan bölmələrinin şəxsi heyəti təlim keçir...davamı



Azərbaycan Ordusunun tarixi yubileyləri ərəfəsində
Ehtiyatda olan polkovnik Mehman SÜLEYMANOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm Şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri  doktoru
İnkişaf xüsusiyyətlərinə və əhəmiyyətinə görə XX əsrin birinci rübünü Azərbaycanın hərb tarixinin intibah və təkamül dövrü kimi xarakterizə etmək mümkündür. Baxmayaraq ki, bu dövr ərzində Azərbaycan xalqı siyasi məzmunu ilə bir-birindən fərqlənən üç siyasi quruluşda yaşamalı olmuşdu, amma bu quruluşların hər birinin Azərbaycanın hərb tarixində özünəməxsus yeri vardır...davamı



Yazıçı ilə görüş
Bədii əsərlər həyatı əks etdirir. Bu və ya digər mövzuda yazılmış əsərlər mahiyyəti etibarilə cəmiyyət-vətəndaş münasibətinə yönəldildiyindən insanların xarakterinin, oxucuların dünyaduyumunun formalaşmasında əhəmiyyətli rol oynayır...davamı



Gənclərin hərbə marağı böyükdür
Hər il yüzlərlə gənc hərbçi olmaq arzusu ilə C.Naxçıvanski adına Hərbi Liseyə üz tutur. Onlar sınaqlardan uğurla keçərək kursant adını qazanırlar. Bu gün məktəblilər yenə də böyük həvəslə bu təhsil ocağına gəlirlər...davamı



Diqqət də var, qayğı da...
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Fəxrlə deyə bilərik ki, Silahlı Qüvvələrimiz gündən-günə hərbi qüdrətini artıraraq bizə düşmən kəsilənləri qorxuya salıb. Ordunun maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətimizin qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlərimiz torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar...davamı

 

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı