Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 11:15

"Azərbaycan Ordusu" qəzeti 26 yanvar 2019-cu il №7 (2324)

“Qəhrəmanlıq səhifələri yazacağıq”

"N" hərbi hissəsindəyik. Hava hələ tam işıqlaşmayıb. Böyük çillə burada da özünü göstərir, hava sazaqdır. Meh əsir. Əraziyə lal bir sükut çöküb. Bir azdan sükut pozulur və hərbçilərimizin günün nizam qaydalarına uyğun olaraq növbəti xidmət günü başlayır...davamı







Vətən müdafiəçisi olmaqla qürur duyuram


"N" hərbi hissəsində manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İlham İbrahimov haqqında həm komandirləri, həm də tabeliyindəki əsgərlər xoş sözlər dedilər. İlham  həyatını orduya, Vətənin müdafiəsinə həsr edənlərdəndir. Hərb sənətinə marağı hələ məktəb yaşlarından formalaşıb...davamı








Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir

Qəhrəmanlıq ulduzlar kimi daim əlçatmazlarda parlamaq, Vətən dediyin torpaqlar üçün heç düşünmədən yanar odlara atılmaqdır, dönməməkdir. Qəhrəmanlar ölmürlər. Onların getdiyi yol vətənsevərlik yoludu. Belə ömür yaşayanlardan biri də general-mayor Həzi Aslanovdur...davamı








Qəhrəmanlıq və vətənrərvərlik aşılayan ünvanlar


Xatirə və Bayraq muzeyləri bu gün yüzlərlə insanın ziyarətgahına çevrilib

Müstəqillik bizim ən böyük sərvətimizdir. Vətəni azad və məsud görmək istəyi ilə Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım kimi vətənpərvər ziyalıları heç bir təqib və təzyiq öz yolundan döndərə bilməyib. İnsanları fədakarlıq etməyə, göz qırpmadan özünü odun-alovun içərisinə atmağa sövq edən Vətən sevgisi olub. Vətən sevgisi bütün sevgilərin fövqündə dayanır. Xalqımızın qəhrəman övladlarının tarixən Vətənimizə olan sonsuz məhəbbəti istər yazılı ədəbiyyatda, istərsə şifahi ədəbiyyatda özünə geniş yer tapıb...davamı

 

 

 

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan dövlətçiliyinin yaranma tarixi və inkişaf mərhələləri...davamı

 

 

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası adyunkturaya qəbul elan edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Müdafiə nazirinin 14 oktyabr 2015-ci il tarixli qərarına müvafiq olaraq, 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir...davamı








Qəhrəmana ehtiram

Onu kəndlərində Mübariz Ağakərim oğlu kimi tanıyırdılar... Hərbi xidmətə başlayanda əsgər Mübariz İbrahimov kimi tanıdılar, sonra gizir Mübariz İbrahimov kimi...
2010-cu ilin iyulunda şəhid oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı