Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 10:32

Vətən müdafiəçisi olmaqla qürur duyuram

"N" hərbi hissəsində manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İlham İbrahimov haqqında həm komandirləri, həm də tabeliyindəki əsgərlər xoş sözlər dedilər. İlham  həyatını orduya, Vətənin müdafiəsinə həsr edənlərdəndir. Hərb sənətinə marağı hələ məktəb yaşlarından formalaşıb.
İlham dedi ki, orta məktəbdə oxuyarkən bir dəfə sinif yoldaşı ilə aralarında narazılıq olub. Bu söhbət atama çatdı. Məktəbə çağırdılar. Düzdür, sinifdə heç nə deməsə də, mənə görə utandığını hiss edə bildim. Evə gələndə məni çağırdı və dedi: "Oğul o uşaq sabah səninlə birlikdə səngərdə dayanacaq. Onunla əsgər yoldaşı olacaq, canınızı bir-birinizə əmanət edəcəksiniz. Gücünüzü öz dostunuzun yox, düşmənimiz üzərində sınayarsınız. Birlikdə sınayın və birlikdə qalib gəlin."
Çavuş İlham İbrahimov neçə ildir ki, xidmətdədir. Əsgəri xidmətdə də ön xətt hərbi hissəsində olub. "Məktəbi bitirən də tələsirdim xidmət üçün. Əsgərliyim müddətində özümə dostlar qazandım. Həmin səngər dostlarımla hələ də danışıram. Həmçinin ön xətdə xidmət edən insan məsuliyyəti daha dərindən dərk edir. Müddətli xidməti başa vurduqdan sonra ordu sıralarına qayıtdım. Yenə ön xətdə xidmətdəyəm. Manqa komandiri olaraq ərazi bütövlüyümüz uğrunda döyüşlərə hazıram. Yenidən hərbi xidmətə qayıtmaqla, Vətənin müdafiəçisi olmaqla qürur duyuram."
Çavuş İ.İbrahimov haqqında tabeliyindəki əsgərlər də xoş sözlər dedilər. Əsgər Elməddin Abdullayev:
- Xidmətimi başa vurmağıma az qalır. Ailəmin, sevdiklərimin yanında olmağı çox istəsəm də, silahdaşlarımı tərk etmək istəmirəm. Manqa komandirimi, onun mənə öyrətdiklərini heç vaxt unutmayacam. Çünki o bizə təkcə silahların sirlərini yox, həyatı necə yaşamağı, Vətənin hər şeydən çox sevməyi, onun uğrunda canımızı belə əsirgəməməyi öyrədib. Əsl vətənpərvər necə olmalıdır? - sualına heç çəkinmədən "Manqa komandirim kimi" cavabını verərəm.
Əsgər Zaur Qəribov:
- Biz hər birimiz ondan örnək alırıq. O bizə ilk gündən böyük qardaş qayğısı ilə yanaşıb, problemlərimizlə maraqlanıb. Manqa komandirimin simasında bütün komandirlərimizə minnətdarıq ki, bizə hərbin sirlərini öyrədirlər. Torpağa candan bağlı olan belə hərbçilərlə Ali Baş Komandan əmr verdiyi gün qanımızın son damlasına qədər vuruşmağa hazırıq."
Çavuş İlham İbrahimov haqqında eşitdiyimiz xoş sözlər bir daha onu göstərir ki,  Azərbaycan Ordusunda hər bir gənc Vətənə şərəflə xidmət edir. Bu gənclik öz nümunəvi xidməti ilə deyil, tez zamanda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəklər.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"