Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:57

"Azərbaycan Ordusu" qəzeti № 26 (2444)

Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirədə dövlət başçısı 2020-ci ilin birinci rübünün yekunlarına dair geniş nitq söyləyib. Prezident nitqində əsasən koronavirus pandemiyasından və ölkəmizdə ona qarşı aparılan təxirəsalınmaz tədbirlərdən söz açıb...davamı




“Biz birlikdə güclüyük!”

Dünyanı cənginə alan koronavirus (COVID-19)  pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə bir əsgər atası olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür məktubu ünvanlamağı özümə vətəndaşlıq borcu bildim...davamı




“Döyüş hazırlığımızı artırırıq”

Ön xətdə yerləşən hərbi hissələrimizdən birinin artilleriya divizionundayıq. İlk öncə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Afiq Abbasovla söhbətləşirik. O, "Ən yaxşı top komandiri" müsabiqəsində dəfələrlə birinci yeri tutub və komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Çavuş Afiq Abbasov bu ixtisası seçməsində başlıca rol oynayan amillərdən danışdı. "Məktəbdə oxuyarkən tarix dərslərində tanınmış artilleriya generallarımız Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski haqqında əldə etdiyim məlumatlar topçu ixtisasını seçməyimdə açar rolu oynadı...davamı




Ümummilli lider Heydər ƏLİYEV: Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yarandığı vaxtdan 49 il keçir. Yarım əsrə yaxındır ki, ömrünü hərbçi peşəsinə bağlayan Azərbaycanın vətənpərvər oğulları bu tədris ocağına üz tuturlar. Ordumuz üçün zabit kadrlarının hazırlanmasında önəmli yer tutan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılıb...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.
Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.

2. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.

3. Azərbaycan II Dünya müharibəsi illərində...davamı




Ömrümüzün bayrağıdı Ana, Vətən kəlmələri...

Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz bilirlər ki, Xətainin qılıncının qüdrəti dünyanı heyrətləndirmişdi. Şeirin aşıladığı mətləb daha həssaslıqla qavranılır, gərəkli şeirin gərəkli mətləbi düşüncələrə daha həssaslıqla hopur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı