Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

"Azərbaycan Ordusu" qəzeti № 25 (2443)

Qarlı dağlar, dağ vüqarlı oğullar!

"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsindəyik. Bu ərazilər silsilə dağları ilə seçilir. Qürur yerimiz olan Vətən keşikçilərini tanımağın sevincini yaşamaq üçün enişli-yoxuşlu yollarla dağların zirvəsinə qalxırıq. Dörd yanımız dağlarla, təpələrlə əhatə olunub. Dağların əzəmətli görünüşü kimi maraqlı təbiəti də var. Yaz fəslidir, lakin qar yağır. Ətraf ağappaqdır.  Dağların ağ örpəyinə  baxdıqca insanın  ruhu dincəlir. Ətraf, sağ-sol kəndlərdir, bütün həyətlərdə canlanma var, hər kəs ordumuzun gücünə güvənib, əmin-arxayın doğma ocağında yaşayır...davamı



Bəşər tarixinin faciəsi - İkinci Dünya müharibəsi

XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı...davamı



Komitə sədrinin müavini: Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir

"Mənzillə təmin olunmanı, sadəcə hərbçilərə ev verilməsi kimi yox, daha əhəmiyyətli hadisə - Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş əhval-ruhiyyəsinin yüksək tutulması, dövlət təhlükəsizliyimizin təmin olunması konteksində qiymətləndirmək doğru olar"...davamı



“Cənab Ali Baş Komandana minnətdarlığımızı bildiririk”


Bu yaxınlarda hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin istifadəyə verilməsi Azərbaycan Ordusunun ruh yüksəkliyinin formalaşdırılmasına ən gözəl nümunədir. Həmin ərəfədə mənzillə təmin olunan bir qrup hərbi qulluqçu ilə görüşüb onların yeni yaşayış kompleksinin istifadəyə verilməsi ilə bağlı fikirlərini öyrəndik...davamı



Səngərdən salam

Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb. Bu günlərdə belə hərbi hissələrdən birində olduq. Hərbi hissənin əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, hamam-camaşırxana və qazanxana yerləşir...davamı



“Şəxsi heyətin məişət şəraiti müasir tələblər səviyyəsində qurulub”

Azərbaycan Ordusunun maddi-texniki təminatı  gücləndikcə şəxsi heyətin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Köhnə hərbi hissələr yeni hərbi hissələrlə əvəz olunur, əsgəri məişət kompleksləri tikilib istifadəyə verilir, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ən müasir hərbi şəhərciklər salınır. Hər dəfə cəbhə bölgəsində  bu yenilikləri görəndə qəlbimiz qürur hissi keçirir...davamı



Ümummilli lider Heydər Əliyev:
Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı