Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 12:45

"Azərbaycan Ordusu" qəzeti 23 fevral 2019-cu il №15 (2332)

Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibəti ilə tədbir keçirildi

Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,  Müdafiə Nazirliyinin idarə və təşkilatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak edirdilər...davamı








Səngər qələbə yolunun başlanğıcıdı


Başlanğıcı bu gün şərti sərhəd - səngər olan bu yolun sonu yaxın vaxtlarda Azərbaycan əsgərinin qazanacağı qələbənin işığına bürünəcək.
Bu yol məni payızın son ayında əsgərlərimizlə görüşdürən yoldu. Səmimiyyətlə söhbətləşmişdik, Vətəndən, torpaqdan, şəhidlikdən, şəhidlərdən danışmışdıq, torpaqlarımızın işğalından, Azərbaycan əsgərinin döyüş əzmindən, qələbə ruhundan, Böyük Qələbədən danışmışdıq...davamı








Uğurlara təminat yaradan Azərbaycan əsgəri

Döyüş zamanı düşmənin hərəkət istiqamətini çətinləşdirən, hücum cəhdinin qarşısının alınmasında  piyada əleyhinə, tank əleyhinə minaların basdırılması kimi mühəndis-istehkam tədbirlərinin görülməsi vacib şərtlərdəndir. Bu mənada istehkamçıların xidməti əvəzolunmazdır. Ona görə də daim döyüş vərdişlərini artıran ordumuzun istehkamçıları təlimlərə üstünlük verir, bilik və bacarıqlarını artırırlar...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Dövlətçilik tariximiz. Azərbaycan Atabəylər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

 Suallar:

1. Dövlətçilik tariximiz. 
2. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı...davamı








Şəhidlər ölmür

Bəlkə də insanla torpaq arasındakı doğmalıq insanın son nəfəsdən sonra torpağa qayıdışındadır... Bəziləri ömür yolunu sadə başa vuraraq torpağa qovuşurlarsa, bəziləri şəhidlik zirvəsinə yüksələrək qovuşurlar.
Yalnız müqəddəs amal uğrunda vuruşan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, hünərli, qorxmaz insanlar çatırlar bu yüksəkliyə...davamı







Vətən bizə güvənir

Bu gün xalqımızın Qarabağ sevgisini yaşatmaq naminə canlarından keçməyə hazır olan minlərlə əsgər və zabitimiz var. Bir ordunun mövcudluğu, dünyanın aparıcı orduları ilə müqayisə olunması üçün onun sağlam kadrlarla komplektləşməsi vacib şərtdir. Çünki ordunun müasir tələblərə uyğun formalaşdırılması və möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial gənc kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır...davamı








“Doğma torpaqlarımıza qayıdacağıq”

Salam ata, necəsən? Anam necədir? Bilirəm, hərbi xidmətimi başa vuraraq, evimizə sağ-salamat qayıdacağım günü səbirsizliklə gözləyirsiniz. Sizlər üçün çox darıxmışam, ancaq Vətənimizi yağılardan qorumaq mənə güc verir. Məndən nigaran qalmayın. Bilirəm,  anamın fikri hər zaman yanımdadı. Fikirləşir, görən nə yeyirəm, soyuq deyil ki mənə?.. Anama deyərsən ki, burada bizim üçün hər cür şərait yaradılıb...davamı








Xocalı faciəsi müsabiqələrdə

Dayanmadan ötüb keçən zaman yavaş-yavaş hadisələri bizdən uzaqlaşdırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı hadisəsindən 27 il keçir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, hərbi hissə və birləşmələrdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı