Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 11:17

"Azərbaycan Ordusu" qəzeti 22 dekabr 2018-ci il №99 (2315)

Ömür Vətən üçündü!..

Hələ orta məktəbdə oxuyanda müəllimlərimin, valideynlərimin söhbətləri, müharibə haqqında eşitdiklərim, oxuduqlarım, televiziyada gördüklərim qəlbimi ağrıdırdı. İşğal olunmuş torpaqlarımız haqqında düşünürdüm. Bağanıs-Ayrım, Ağdaban, Meşəli, Xocalı faciələrinin ağrılarını mən də yaşayırdım. "Ağ atlı oğlan" bədii filmi də mənim düşüncələrimi silkələmişdi: bu yaşda uşaq Vətənin müdafiəsinə gedir...davamı









“Torpaqlarımızı azad edəcəyik!”

Azərbaycan xalqının var olduğu bütün zamanlar boyu ən ali sərvəti istiqlalı və dövlət müstəqilliyi olub. Xalqın, millətin üzvü olan hər bir şəxs mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini yaşatmalı, dövlətinin möhkəmlənməsində, ordu quruculuğunda əlindən gələni əsirgəməməlidir. Buna görə də bir amalla xidmət etməlidir: Torpaqlarımız işğaldan azad ediləcək...davamı









Qəhrəmanlar unudulmur

Azərbaycan üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayev belə oğul olub, belə hərbçi olub, belə qəhrəman olub...davamı










“Mehdilər, Həzilər, ..., Mübarizlər tarix yazacaq!”

...Axı Mehdi müharibələr üçün doğulmamışdı. Onu Allah incə ruhlu,  şair təbiətli  bir insan olaraq yaratmışdı. Rənglərin sirli dünyasının seyrindən doymazdı. İncə musiqi duyumu ilə yaşıdlarından çox fərqlənirdi. Tar ifa etməyi bacarırdı, beş xarici dil bilirdi. Bu onun xüsusi istedadı idi. Müharibə başlayanda 23 yaşlı gənc idi Mehdi. Onun gerçəkləşəsi arzularını saymaqla bitirmək olmur... Aqillər deyib ki, müharibənin ilk qurbanı həqiqətdir...davamı









Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Suallar:
1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.
2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri...davamı








“Biz qalib gələcəyik!”


"N" hərbi hissəsinin ön xətt bölmələrindən birindəyik. Sıra meydanında dərslə məşğul olan əsgərlərimiz diqqətimi cəlb etdi. Taqım komandirinin müavininin başçılığı altında şəxsi heyət sıra hazırlığı ilə məşğul idi. Dərs prosesindən qeydlər götürmək və əsgərlərimizi yaxından tanımaq üçün onlarla həmsöhbət oldum. Öyrəndim ki, gizir Tural Kərimov artıq doqquz ildir ki, ordu sıralarında xidmət edir. Əslən Cəlilabad rayonundan olan gizir keçirilən hər bir dərsin əsgərlər üçün xüsusi önəm daşıdığını qeyd etdi. "Döyüş hazırlığı planına uyğun olaraq əsgərlərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq dərslər keçirik...davamı










MOİK idmançıları güləş üzrə Azərbaycan çempionatında 14 medal əldə ediblər


Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Dekabrın 18-də start götürən yarışda əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Ümumilikdə güləşin bu növü üzrə 206 pəhləvan qüvvəsini sınayıb. Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib və onlar arasında MOİK idmançıları da var...davamı

 

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı