İstehkamçılarımız ən ciddi və gərəkli peşə sahibidirlər
Azərbaycan Ordusunun silahlanmasına daxil olan ən müasir mühəndis-istehkam qurğuları döyüşdə qoşunlarımızın yüksək səviyyədə qorunmasını və düşmən üzərində qələbəsini təmin etməyə qadirdir. Vətənin müdafiəsində dayanan oğulların sırasında istehkamçıların da xüsusi yeri olduğu hər kəsə bəllidir. Döyüş zamanı onların xidmətləri əvəzolunmazdır. Mühəndis-istehkam qurğuları bu və ya digər vasitələrlə düşmənə zərər vermək, onların hərəkətlərini çətinləşdirmək üçün təyin olunub...davamı
Xalqımızın qəhrəmanlıq salnaməsi
...O gecə göydən yerə nə qar, nə də yağış yağırdı. O gecə insanları dəhşətə gətirən bir qara qış, qara yanvar gecəsində göydən "güllə yağış"ı yağırdı. Şahidi olduğum o gecənin qaranlığında sanki insanlığın dövrü bitmiş, İblis hökmran idi. Dünya biganəydi insanlığa. Bütün şəhər vahimə içərisindəydi. Hamı səbirsizliklə baş verənlərin sonunu gözləyirdi...davamı
Zəfər bizimdir
Ön xətdə xidmət edən əsgərlərimizin görüşündəyik. Onların xidmətləri ilə maraqlanır, həmsöhbət oluruq. Əsgərlərə komanda verən gizir diqqətimi cəlb edir. Tabeliyindəkilərə qarşı qayğıkeş olmaqla yanaşı, həm də tələbkar olan gizirlə tanış oluram. Öyrənirəm ki, 1995-ci ildə Beyləqan rayonunda dünyaya göz açan gizir Aydın Əhmədov artıq iki ildir ordu sıralarındadır. Yaşının və xidmətinin az olmasına baxmayaraq, yetərincə təcrübə qazandığı sözlərindən hiss olunurdu...davamı
“Polonez” əməliyyat-taktiki raket kompleksi
Azərbaycan Respublikasında aparılan planlı və mərhələli ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Silahlanmaya qəbul olunan uzaqvuran, böyük dağıdıcı gücə malik, yüksək dəqiqlikli silahlar buna bariz nümunədir.
2016-cı ilin aprel döyüşlərində düşmənin təxribat fəaliyyətlərinin qarşısını qətiyyətlə alan ordumuz, əks-həmlə ilə ona dağıdıcı zərbə endirməklə, strateji baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirmiş düşmən ordusu haqqında illərdi yaradılan mifi qısa zamanda darmadağın etdi...davamı
Əsgər məktubu
2016-cı ilin aprel döyüşlərində məktəbli idik. Biz də döyüşlərə getmək istəyirdik. Dedilər ki, siz təhsilinizi davam etdirin, Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını almağa da qadirdir, torpaqlarımızı işğaldan azad etməyə də. Qazanılan qələbə ictimaiyyətin inamını daha da artırdı. İndi hamı Böyük Qələbənin intizarındadır. Biz də o qələbəni qazanacaq əsgərlərin sırasında olmaq istəyirik. Döyüş növbətçiliyinə bu inamla, bu qətiyyətlə gedirik...davamı
Faciənin şahidi o vaxt keçirdiyi ağır, həmdə şərəfli günlərə görə fəxr etdiyini deyib
Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçmədi. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Mərkəzi hakimiyyəti ən çox qorxuya salan da bu idi. Azərbaycan kimi bir dövləti əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan yolu seçdi...davamı
Söz də Vətən üçündü
Əbülfət Mədətoğlu jurnalistdi - “Azərbaycan Ordusu” qəzetində işləyib, qəzetin Qarabağ üzrə bölgə müxbiri olub. Döyüşlərdən də yazıb, döyüşənlərdən də, Vətəndən də yazıb, vətənsevərlərdən də. Vətənin yaralarından da yazıb, Vətənə tuşlanan güllələri sinəsiylə zərərsizləşdirənlərdən də... Fakta, hadisəyə jurnalist (publisist) münasibətiylə, kapitan rütbəsiylə sözün əsgəriydi. Nə yazırdısa döyüşçü ruhunun işığında yazırdı...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı