Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:04

"Azərbaycan Ordusu" qəzeti № 19 (2437)

Səngər, Ay işığı və “Şuşanın dağları”

Ön xətdə gecələr bir-birinə bənzəmir.

Səngərdi, əsgərlərdi, Ay işığıdı, bir də bunlara sarılan düşüncələrimdi. Bu gecə bir ayrı gecədi. Gecə mənim istəyimlə uzanmayacaq, onu rəmzi olaraq əsgərlərin səngərli söhbətləri uzadacaq...

Bu gecənin qaranlığı çəkingən qaranlıqdı. Ay işığı qaranlığı kirpik-kirpik əridir...davamı



“Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır”

Bu günlərdə keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar. Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər. Qiymətli hədiyyələrlə mükafatlandırılan hərbi qulluqçuların fikirlərini oxucularımızla bölüşürük...davamı



Qələbəyə az qalıb!..

Bəşəriyyətə yaxşı məlumdur ki, insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn fəaliyyət isə cəmiyyətdə layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirən bu insanların gənc yaşlarında ömrün kamillik zirvəsinə yetişməsinə yardımçı olur...davamı



Hərbi hissənin yaranması günü qeyd olundu

Bu günlərdə "N" hərbi hissənin yaranması günü qeyd olundu. Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Ümummilli Liderin abidəsi və şəhidlərin məzarları önünə əklil və tər çiçəklər düzərək ehtiramlarını bildirdilər. Müqəddəs ocaqda 1992-ci ilin oktyabrında Vəng kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanan ehtiyatda olan baş leytenant Nizami Əhmədov söz alaraq bildirdi ki, əlil olsa da, Ali Baş Komandanın əmriylə döyüşməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır...davamı



Qadınlar da nümunəvi xidmətləriylə fərqlənir

Ümummilli liderimiz Heydər Əliyevin qadın hüquqları ilə bağlı həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə  qadın əməyinə yüksək qiymət verilir. Ölkəmizdə qadınlar ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda fəal iştirak edir, səmərəli fəaliyyətləri ilə seçilirlər...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.

Suallar:

1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

3. Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır...davamı



İkinci Dünya müharibəsi veteranları barədə sənədli filmlər hazırlanır

Bu il faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü beynəlxalq səviyyədə təntənə ilə qeyd ediləcək.

Həyatı və mübarizəsi hər birimiz üçün örnək olan İkinci Dünya müharibəsi veteranlarının sayı getdikcə azalmaqdadır. Rusiya Federasiyasında fəaliyyət göstərən "Üçüncü minillikdə təhsil" Regionlararası İctimai Fondu müharibə iştirakçılarının xatirələrindən ibarət video arxivin yaradılması kimi unikal bir təşəbbüs irəli sürüb...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı