Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 10:42

"Azərbaycan Ordusu" qəzeti 17 aprel 2019-cu il №29 (2346)

“Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir”

Səngərdəyik... Ərazidəki səliqə-sahman, şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilindən xəbər verir. "Qarabağı düşməndən azad edək", "Vətənim Azərbaycana xidmət edirəm", "Ya Qarabağ, ya ölüm" plakatları da bölmədə mənəvi-psixoloji hazırlıq işinin düzgün aparıldığını və şəxsi heyətin yüksək döyüş ruhunda xidmət etdiyini göstərir...davamı




Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verildi


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, aprelin 12-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  96 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verildi...davamı




Vətən borcu müqəddəsdir

Bir az əvvəl ön xətdəydim. Əsgərlərimizlə şirin-şirin söhbətləşmişdik. Söz sözə söykək olmuşdu, söz sözü çəkmişdi. 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından, şəhidlərdən, Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığından, əsgərlərin döyüş əzmindən, qələbə ruhundan, yaxın vaxtlarda Azərbaycan əsgərinin əlləriylə işğalın gözlərinin ovcuna töküləcəyindən, Böyük Qələbədən danışmışdıq. Hər kəlmədə qürur, ehtiram, inam vardı...davamı




“Hərbi qulluqçularımızın sağlamlığının keşiyindəyik”

Ön xətdə yerləşən "N" hərbi hissəsinin tibb məntəqəsi  də xidmətini günün tələbləri səviyyəsində aparır. Burada peşəkar tibb personalı fəaliyyət göstərir. Onlar şəxsi heyətin sağlamlığını qoruyur, bölmələrimizin döyüş qabiliyyətinin aşağı düşməməsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəmir, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir...davamı




“Biz qalib gələcəyik”

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başladı. Döyüşlərdə düşmən ağır məğlubiyyətə uğradıldı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi və Azərbaycan Ordusunun tam nəzarətinə keçdi...davamı




Aprel döyüşləri - böyük qələbəyə gedən yolun başlanğıcı

Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar "Aprel döyüşləri - Xalqımızın Qəhrəmanlıq Salnaməsidir" adlı tədbir keçirildi. Tədbirdə ümummili lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu...davamı




Mərkəzi Ordu İdman Klubunun uğurları

Prezident, Ali Baş Komandan İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) bu gün fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Klubun yetirmələri beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə edirlər...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı