Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

"Azərbaycan Ordusu" qəzeti № 17 (2525)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. Dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı...davamı



Xocalı soyqırımının qurbanları yad edildi

Tarixdə elə hadisələr, insanlığa qarşı törədilmiş cinayətlər var ki, heç vaxt unudulmur. 1992-ci ildə baş vermiş Xocalı soyqırımı heç vaxt unuda bilməyəcəyimiz belə hadisələrdəndir.

Azərbaycan Hərb Tarixi Muzeyində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin qaydalarına riayət edilməklə keçirilmiş tədbirdə xalqımıza qarşı törədilmiş dəhşətli qətliamın qurbanları dərin hörmətlə bir daha xatırlandı...davamı



“Ən güclü silahımız Vətən sevgimiz idi”

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı tarixi zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gələrək xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Xalqımızın mübariz övladları Vətənimizin keşiyində mərdliklə, ayıq-sayıq dayandığı kimi, ərazi bütövlüyümüzü təmin etmək üçün Ali Baş Komandanın döyüş əmrini də rəşadətlə yerinə yetirdilər. Hər bir zabit, gizir və əsgərimiz döyüş meydanında igidlik, mərdlik, vətənpərvərlik nümunəsi göstərdi. Öz qəhrəmanlıqları ilə tarix yazdılar, tarixə yazıldılar. Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır...davamı



Xoş anlarla anılacaq döyüşçü ömrü

Bəşər övladı dünyaya gələndə onun saf və pak olduğunu kimsə inkar edə bilməz. İnsan böyüdükcə həyatı dərk edir, ağı qaradan, yaxşını pisdən, haqqı nahaqdan ayıra bilir. O haqdan söhbət gedir ki, ötən əsrin doxsanıncı illərin əvvəllərində mənfur qonşularımız Vətənimizin ərazi bütövlüyünə göz dikmişdi. Xalqımızın mərd, igid oğulları düşmənin bu istəyinə qarşı birləşdilər. Onlar bu yolda haqlı və ədalətli olduqlarını yaxşı dərk edirdilər. Erməni vandalları öz çirkin, çirkin olduğu qədər də haqsız mövqeyindən çəkinmək istəmirdilər. Vəziyyəti o həddə gətirib çıxartdılar ki, iki xalq arasında qanlı-qadalı müharibə on illərcə davam etdi. Qarabağ müharibəsinin ilk illərində yüzlərlə məğrur Vətən oğlu doğma yurd yerlərimizin müdafiəsinə qalxdı. Onlar düşmənə qarşı haqq savaşına atıldılar. Belə oğullardan biri də mingəçevirli Əmirov Abdulla Vilayət oğludu...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu:  Dövlətçilik tariximiz.  Azərbaycan Atabəylər və Səfəvilər dövləti.
Suallar:

1. Dövlətçilik tariximiz.

2. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı.

3. Səfəvilər dövlətinin yaranması və Azərbaycan tarixində onun yeri...davamı



Təhlükəsizlik tədbirləri xüsusi qaydalarla tənzimlənir

Azərbaycan Ordusunda təhlükəsizlik tədbirlərinin təşkili və həyata keçirilməsi Müdafiə nazirinin əmr və göstərişlərinə uyğun olaraq xüsusi qaydalarla və nəzərdə tutulmuş şərtlərlə tənzimlənir.

Bəs, atəş hazırlığı zamanı hansı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməli və hansı şərtlərə əməl edilməlidir?...davamı



Vida nəğməsi

Şəhid gizir Xudayar Yuzifzadənin xatirəsinə

Payızın orta ayıdı. Sərin-sərin əsən yel 28 iliydi belə əsmirdi. Əvvəllər əsirdi - coşurdu, kükrəyirdi. Dağların daş sinəsindən daş qoparırdı, ağaclardan kövrək budaqlar üzürdü, özünü bu dağların xanı-sultanı sanırdı. Qanadlarını gərib süzən qartal görüncə canını "üşütmə tuturdu", rəngi avazıyırdı, Qartal uzaqlaşan kimi "gözünə işıq gəlirdi"…davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı