Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 13:00

"Azərbaycan Ordusu" qəzeti 16 yanvar 2019-cu il №4 (2321)

20 Yanvar faciəsindən 29 il keçir

Azərbaycan hər zaman dünya maraqlarının toqquşduğu geosiyasi məkan olub. Bu səbəbdən Vətənimiz illərlə güclü dövlətlərin təcavüzünə məruz qalsa da, igid oğul və qızlarımızın tökülən qanları bahasına xalqımız ayaqda durmağı bacarıb, dünyaya Azərbaycan kimi müstəqil dövlətin varlığını sübut edib. Şah İsmayıl ənənəsini yaşadan oğullarımız XX əsrin əvvəllərində də dünyaya bəyan etdilər ki, Azərbaycan xalqı müstəqilliyi qazanmaq, onu yaşatmaq iqtidarındadır. Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan xalqı demək istədi ki, bir kərə yüksələn bayraq, bir daha enməz...davamı








Bu da tarixdir...

"N" hərbi hissəsi şərəfli və zəngin döyüş yolu keçib. Xalqımızın ümummilli lideri, əbədiyaşar komandan Heydər Əliyevin xeyr-duası ilə həyata vəsiqə alan "N" hərbi hissəsi Ağdərə, Ağdam, Füzuli torpaqlarının müdafiəsində yaxından iştirak edib.
Unudulmayan, əbədi yaddaşlarda yaşayan hadisə isə 1998-2000-ci illərdə şəxsi heyətin ümummilli liderlə keçirilən görüşləridir. Dahi rəhbərin tövsiyələrini və məsləhətlərini fəaliyyətlərində əsas tutan Vətən müdafiəçiləri bütün döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişlər. Bütün bunlar barədə hərbi hissənin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə ətraflı bəhs olundu...davamı








Bizi Böyük Qələbədən bir döyüş ayırır

Ali Baş Komandan İlham ƏLİYEV:
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək.

Soyuq, şaxtalı bir qış günündə şəhərdə sakini olduğumuz qatar bir-birinə bənzəyən relslərin üstündə ağır ləngərli hərəkətlə göyün yerlə birləşdiyi yerə - üfüqə, başlanğıcların son nöqtəsinə, müqəddəs torpağa doğru baş alıb gedir. Ürəyimdə gizli qalan hisslərimi çözəliyərək, beynimin bir küncündə özünə yer salmış xatirələrimi canlandıraraq Azərbaycan əsgərinin görüşünə gedirəm. Düşünürəm ki, əsgərlərimizlə aprel və Günnüt zəfərlərini xatırlayacağıq, Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərində yaşanan qüruru birgə yaşayacağıq...davamı








Yaşatmaq yaşamaqdı
Oçerk


Mətləbinə, deyəcəyin fikrə söykək olsun deyə hərdən nə vaxtsa oxuduqların, eşitdiklərin yada düşür...
Yaşamaq gözəldi, qardaşım! - neçə onillər əvvəl türk şairi Nazim Hikmət belə de-yib...
Yaşamaq gözəldi. Bəs yaşatmaq? - yaşadırsansa, yaşada bilirsənsə, yaşatmağı bacarırsansa, yaşamaq daha gözəldi, yaşada bilirsənsə, dəyərli ömür yaşayırsan. Belə ömürlərin işığı bəşərilik işığıdı. Bəşərin bu gününü sabahlara bağlayan belə işığın başlanğıcı olur, sonu olmur. Bu işıq sabahlar üçündü. Ömürlərə çökən, çökməkdə olan dumanı dağıdan həkimlər, təbiblər, loğmanlar belə ömür yaşayır. Belə ömürlərdə İbn Sınalıq zərrəsi olduğunu kimsə inkar edə bilməz...davamı







Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə qayğı və diqqəti. 2 Fevral Gənclər Günüdür.

Suallar:

1. Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər          Əliyevin gənclərimizə qayğısı və diqqəti.

2. Azərbaycan gənclərinin milli-mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

3. Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur...davamı








Şəhidin anım günü

Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidlər unudulmur...
Şəhidləri unutmuruq...
Fehruz Alışov 1964-cü ildə Kəlbəcərdə anadan olmuşdu. Burada böyümüşdü, boya-başa çatmışdı. Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdı. Təyinatla Omsk şəhərində işləyirdi. Azərbaycanda vəziyyət gərginləşəndə, Ermənistan elan etmədən müharibəyə başlayanda düşüncələrindən dikələn hesiyyətin harayını eşidə bildi, Azərbaycana qayıtmağı qərara aldı. Qayıtdı. Yerli özünümüdafiə batalyonuna yazıldı. Ehtiyatda olan zabitiydi, zabit kimi hərbi xidmətə başladı...davamı







Müntəzəm məşqlər döyüş hazırlığı üçündür

Sağlam gənclik sağlam gələcək deməkdir. Gənc nəslin sağlam olması hər bir dövlət üçün təməl prinsiplərdəndir. Sağlamlığın əsasını təşkil edən amillərdən biri də idmandır. İdmanla müntəzəm məşğul olan hər kəs sağlam bədənə və immunitetə malikdir. Bu gün rəhbərlik tərəfindən gənc nəslin idmana olan marağının artırılmasına yönəlik xeyli işlər görülür. Şagird və tələbələrimizin oxuduğu təhsil ocaqlarında müasir idman zalları fəaliyyət göstərir. Ölkəmizdə idmanın inkişafı üçün idman məktəbləri və beynəlxalq turnirlərin təşkil olunması üçün idman kompleksləri mövcuddur...davamı

"Azərbaycan Ordusu" qəzetinin tam variantı