Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

"Azərbaycan Ordusu" qəzeti № 14 (2522)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Vətən müharibəsində Azərbaycan Ordusu dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı

Ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna əhəmiyyətli  dərəcədə təsir etdi və regionun yeni hərbi-siyasi reallığının formalaşması ilə yekunlaşdı. Son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu, təbii ki, Azərbaycan Ordusunun  mövcud qələbəsini şərtləndirdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında böyük ruh yüksəkliyi ilə irəliləyərək torpaqlarımızı işğalçılardan təmizlədi.Döyüş meydanında qazandığımız zəfərə baxmayaraq, bu gün ölkəmizin milli və hərbi təhlükəsizlik maraqlarının təminatı prioritet məsələ olaraq qalmaqdadır...davamı



Xocalı faciəsi - insanlığa qarşı ən böyük cinayət


Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı,  kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər 32 il müddətində başladıqları qanlı münaqişə nəticəsində Qarabağımızı, ümumilikdə 20 faiz torpaqlarımızı illərlə işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi...davamı



“Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq!”

Sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan əks-hücum əməliyyatında rəşadətli Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti qəhrəmanlıq nümunəsinə çevrildi, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatlarını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi...davamı



Dastana dönən ömür

Şahnur Şahin oğlu Hüseynov həyatı dərk edən gündən ürəyini Vətəninə bağlayır və ömrünün mənasını xalqına, el-obasına təmənnasız xidmətdə görür. Onun adını tarixə yazan da getdiyi bu işıqlı yol, torpaq uğrunda canından-qanından keçməyi oldu. Yeniyetmə Şahnuru erməni qəsbkarlarının Qarabağ torpaqlarına təcavüzü, Azərbaycana qarşı etdikləri ədalətsiz müharibə bir an belə rahat buraxmır. Vətən oğlunun sevdalandığı gözəl, nəcib əməllər olsa da, Qarabağ özü boyda dərd kimi ürəyinə yüklənir. Nəyin bahasına olursa-olsun, müqəddəs Vətən torpağının hər qarışının azadlığı naminə silaha sarılıb döyüş meydanında düşməni məhv etməyin məqamını gözləyir...davamı



“Tez bir zamanda döyüşə hazır vəziyyətə gətirildik”

Yenə yolumuz "N" hərbi hissəsinədir. Məqsədimiz torpaqlarımızı işğaldan azad edən igidlərimizlə görüşüb, onların qələbə sevincini oxucularımızla bölüşməkdir. Həmsöhbət olduğumuz hərbi qulluqçuların hər birinin simasından zəfər sevinci, bu sevincə səbəb olan Vətən eşqi sezilir. Vətənə sədaqət andı içən, onun müdafiəsində qətiyyətlə dayanan oğullarımızdan biri də əsgər Ruslan Haqverdiyevdir. O, hərbi xidmətə Goranboy rayonundan çağırılıb. Azərbaycan Ordusunun əsgəri olmağı ilə fəxr edən hərbi qulluqçu 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürurludur...davamı



Elimizə, obamıza qayıdırıq...

Qayıdırıq... Bu sözdə nə qədər həsrət yükündən azad olmaq var, nə qədər nisgildən qurtulmaq var, nə qədər sevincə bürünmüş göz yaşı var. Bu yükün ölçüsü ölçüyə, çəkisi çəkiyə gəlməz. Azərbaycan Ordusunun cəsur, qəhrəman zabit və əsgərləri əks-həmlə əməliyyatları zamanı erməni qəsbkarlarına havadan və yerdən sarsıdıcı zərbələr endirə-endirə illərdən bəri işğalda qalmış torpaqlarımızı azad etdilər. Yaşayış məntəqələrimiz bir-birinin ardınca Ermənistan silahlı qüvvələrindən təmizləndi...davamı



Zəfərdən sonra gələn Zəfərlərə salam olsun!

Qələbə də deyirik, zəfər də; zəfər daha əzəmətlə səslənir. Bu səbəbdən zəfər ifadəsi daha könüləyatımlıdır...

Qələbə - zəfər istəyin, niyyətin, fəaliyyətin, amalın gerçəkləşməsi deməkdi. Fərdlər üçün də, ictimaiyyət üçün də, cəmiyyət üçün də. İctimaiyyət xalq deməkdi; xalqın adına ad olan qələbə tarixdi, qələbə - zəfər ilin ayını, ayın gününü tarixləşdirməkdi...davamı  



"Azərbaycan Ordusu" qəzetinin tam variantı