Əlli ilin tarixi
Əlli il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanında yeni dövrün başlanğıcı olacaq bir hadisə baş verdi. Azərbaycan partiya təşkilatına yeni rəhbər təyin edildi. O dövrün kütləvi informasiya vasitələri Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi haqqında xəbəri yaymağa başladı. Respublikaya yeni təyin olunan rəhbər uzun illər dövlət təhlükəsizliyi orqanlarında işlədiyindən sıravi vətəndaşlar onu nisbətən az tanıyırdılar. Lakin 1969-cu ilin avqust plenumundakı dövrün kommunist ənənələrinə uyğun gəlməyən qətiyyətli nitqi Azərbaycana yeni təyin olunan rəhbəri bütün cəmiyyətə tanıtdı...davamı
“Çingizi tələbəlikdən tanıyırdım”
"N" hərbi hissəsində keçirilən vətənpərvərlik tədbirlərindən birində fəallığıyla fərqlənən əsgərin kimliyiylə maraqlanmışdım. Öyrənmişdim ki, Cəmil Əliyevdi, Yardımlı rayonunun Aras kəndindəndir. Tay-tuşlarından oxumaq, öyrənmək həvəsiylə fərqlənib. Mühəndis olmağı qərara alıb. Memarlıq və İnşaat Mühəndisləri Universitetinə qəbul olub. 2018-ci il məzunudu...davamı
Azərbaycan əsgəri yeni qələbələr qazanacaq
Məlumdur ki, artilleriya döyüşdə hər zaman aparıcı rol oynayıb, döyüşün müqəddaratını həlletmə iqtidarına malik olub. Regionun ən güclü artilleriya silahlarına sahib olan Azərbaycan Ordusunda yeni silahların alınması prosesi bu gün də davam etdirilir. Birmənalıdır ki, müasir silahlardan istifadə edən əsgər də yüksək bilik və bacarığa malik olmalıdır. Göstəricilərin yüksəldilməsi üçün isə hər il Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissə və əlahiddə bölmələrdə döyüş hazırlığı dərsləri keçirilir...davamı
“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirildi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti auditoriya təlimi keçirildi.
Layihə rəhbəri Əlisəfa Mehdiyev çıxışında belə təlimlərin keçirilməsinin mahiyyətinə toxunaraq jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini qeyd etdi...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Dağlıq Qarabağ münaqişəsi, tarixi faktlar, nəticələr. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan mübarizədə döyüşçülərimizin göstərdikləri qəhrəmanlıq nümunələri.
Suallar:
1. 1991-1993-cü illərdə Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi.
2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki qəhrəmanlıq nümunələri və bu döyüşlərin tarixi əhəmiyyəti...davamı
Vətənimiz sizə əmanətdir
Salam, əziz dost. İçimdə qəribə təlaş və sıxıntı var. Deyəsən, bu aralar havanın buludlu olması mənə də təsir edib. Düşünürəm ki, tək sıxıntılı olan mən deyiləm. Artıq sən də fərqindəsən böyüdüyünün. İllərdir valideynlərin sənə baxıb, əziyyətini çəkib, bəzən qara-qəhvəyi saçlarına sığal çəkib. Aldığın ən əhəmiyyətsiz yara, zərbə onların qəlblərinə təlaşın ən böyük möhrünü vurub. İllərdir onlar heç bir təmənna güdmədən yalnız sənin böyüyüb ali təhsilli və ya işinin əsl peşəkarı olmağını istəyiblər...davamı
Ordumuza inamımız böyükdür
Vətənimizin, xalqımızın gələcəyini düşünən ümummilli liderimiz Heydər Əliyevin zamanı qabaqlayan parlaq siyasi zəkası və uzaqgörənliyi ilə söylədiyi "Vaxt gələcək Azərbaycan güclü silahlara, peşəkar zabitlərə, qısası, qüdrətli orduya sahib olacaq" fikri bu gün tam mənasıyla həyata keçib. Artıq ənənə halını alan "Açıq qapı" günündə iştirak edən hər kəs bunun canlı şahidi oldu...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı