Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Türkiyə Milli Müdafiə nazirinin Azərbaycana rəsmi səfəri təxirə salınıb 14 May 2014 09:00

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın mayın 14-də Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfəri Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salınıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 14 May 2014 09:00

Mayın 16-dan 21-dək Hohenfels şəhərində (Almaniya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə qiymətləndiricilər üçün 28-ci təlim kursu keçiriləcək.

Türkiyənin Milli Müdafiə naziri Naxçıvana rəsmi səfər edəcək 13 May 2014 09:00

Mayın 14-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.

Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçiriləcək 13 May 2014 09:00

Mayın 14-15-də Bakı şəhərində Hərbi Dəniz Qüvvələri zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin ekspert qərargah görüşü keçiriləcəkdir.

Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib 12 May 2014 09:00

Mayın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 12 May 2014 09:00

Mayın 13-dən 21-dək Qrafenvoher şəhərində (Almaniya) Gürcüstan Silahlı Qüvvələri sülhməramlı bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi kursu, Azərbaycan-ABŞ iş planına əsasən may ayının 14-dən 2015-ci ilin aprel ayının 24-dək San-Antonio şəhərində (ABŞ) Mühəndis kapitanlarının karyera kursu keçiriləcək.

Müdafiə Nazirliyi təxribat xarakterli məlumatı qəti surətdə təkzib edir 11 May 2014 09:00

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar.

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib 10 May 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilib 10 May 2014 09:00

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

General-mayor Dağlar Abdullayev son mənzilə yola salınıb 10 May 2014 09:00

2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib.