Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Moskvada MDB Müdafiə nazirləri Şurasının növbəti iclası keçiriləcək 9 Noyabr 2021 14:32

Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Zəfər Günü münasibətilə vebinar keçirilib 9 Noyabr 2021 13:24

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan bir qrup kursantın iştirakı ilə Zəfər Günü münasibətilə vebinar keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatı 9 Noyabr 2021 11:41

Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilmişdir.

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib - VİDEO 9 Noyabr 2021 10:06

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

Zəfər Günü Londonda təntənəli şəkildə atəşfəşanlıqla qeyd edilib 9 Noyabr 2021 08:40

8 Noyabr - Zəfər Günü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib.

Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO 8 Noyabr 2021 19:46

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Əlahiddə Ümumqoşun Orduda Zəfər Günü təntənəli şəkildə qeyd edilib, hərbi qulluqçular mükafatlandırılıb - VİDEO 8 Noyabr 2021 19:31

Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO 8 Noyabr 2021 19:10

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Hərbi Məktəbin orkestr heyəti Bakıya qayıdıb 8 Noyabr 2021 18:30

Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri Bakıya qayıdıb.

Azərbaycan Ordusunda "Hər şəhid adına bir ağac əkək” devizi altında aksiya keçirilib - VİDEO 8 Noyabr 2021 17:55

Azərbaycan Ordusunda "Zəfər Günü" münasibətilə "Hər şəhid adına bir ağac əkək” devizi altında aksiya keçirilib.