Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın müdafiə naziri İordaniya Haşimilər Krallığının Kralı ilə görüşüb 14 Aprel 2024 16:48

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Azərbaycan müdafiə nazirinin İordaniyaya rəsmi səfəri davam edir 14 Aprel 2024 14:52

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub.

Azərbaycan Respublikasının müdafiə naziri İordaniyaya rəsmi səfər edib 14 Aprel 2024 14:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib 14 Aprel 2024 11:13

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə keçirilən görüşlər davam edir.

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib 13 Aprel 2024 19:55

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib.Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir 13 Aprel 2024 11:25

Cari ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Ordumuzun mövqeləri yenidən atəşə tutulub 13 Aprel 2024 09:08

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun mövqeləri atəşə tutulub 12 Aprel 2024 18:53

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ramazan bayramı ərəfəsində hərbi qulluqçularla görüşlər keçirilib 12 Aprel 2024 15:17

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzusunda maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

Dövlət komitəsinin nümayəndələri "N" hərbi hissəsində olublar 12 Aprel 2024 11:30

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.