"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən razı qalıblar 20 Mart 2017

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə olduğu kimi, Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib 20 Mart 2017

Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib. Təşkil olunan tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olublar.

Müdafiə naziri hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edib 20 Mart 2017

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir 20 Mart 2017

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Bir qrup hərbi qulluqçuya növbəti “polkovnik” hərbi rütbəsi təqdim olunub 18 Mart 2017

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki 18 Mart 2017

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib 18 Mart 2017

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar 18 Mart 2017

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2017-ci ilə dair birgə tədbirlər planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 17 Mart 2017

Əziz həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib 17 Mart 2017

Martın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub.