Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib 10 Noyabr 2021 17:07

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Ermənistan tərəfi hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib 10 Noyabr 2021 16:56

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

Vyanada Zəfər Günü ilə əlaqədar rəsmi qəbul keçirilib 10 Noyabr 2021 14:00

Avstriyanın paytaxtı Vyanada yerləşən Lixtenşteyn sarayında Zəfər Gününə həsr edilmiş rəsmi qəbul keçirilib.

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub 9 Noyabr 2021 19:52

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi hissədə vətənpərvərlik tədbiri və konsert keçirilib - VİDEO 9 Noyabr 2021 17:36

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N hərbi hissəsində vətənpərvərlik tədbiri və konsert keçirilib.

Hərbi dənizçilərimiz NATO qiymətləndirilməsi təlimində iştirak edib 9 Noyabr 2021 15:57

Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib.

Moskvada MDB Müdafiə nazirləri Şurasının növbəti iclası keçiriləcək 9 Noyabr 2021 14:32

Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Zəfər Günü münasibətilə vebinar keçirilib 9 Noyabr 2021 13:24

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan bir qrup kursantın iştirakı ilə Zəfər Günü münasibətilə vebinar keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatı 9 Noyabr 2021 11:41

Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilmişdir.

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib - VİDEO 9 Noyabr 2021 10:06

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.