Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2021 14:00

Vyanada Zəfər Günü ilə əlaqədar rəsmi qəbul keçirilib

Avstriyanın paytaxtı Vyanada yerləşən Lixtenşteyn sarayında Zəfər Gününə həsr edilmiş rəsmi qəbul keçirilib.
Azərbaycanın  Avstriyadakı səfirliyinin, Hərbi Attaşelik Aparatının,  Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında vurğulayıb ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qarabağın mirvarisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı 28 illik işğaldan sonra azad edib. Bununla da 8 Noyabr Azərbaycan tarixinə əbədi həkk olunub. Diplomat əlavə edib ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatla 30 ilə yaxındır davam edən münaqişəyə son qoyulub, regionda sülhün və sabitliyin bərqərar olunması üçün münbit şərait yaradılıb.   
Rəsmi qəbul konsert proqramı və ziyafətlə başa çatıb.