Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir 25 Dekabr 2021 19:22

Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - VİDEO 25 Dekabr 2021 11:27

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

25 dekabr 2021-ci il № 101 (2609) 25 Dekabr 2021 11:00

“Ən böyük təşəkkürümüz qazandığımız qələbədir” Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak edib YENİLƏNİB-2 VİDEO 24 Dekabr 2021 20:10

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Naxçıvan Dövlət Universitetində “Hərbi həkim” ixtisasının təqdimat mərasimi keçirilib 23 Dekabr 2021 18:32

Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov çıxış edərək bildiriblər ki, 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 2021-2022-ci tədris ilindən “Hərbi həkim” ixtisasında təhsil alan tələbələrin təhsili üçün lazımi şərait yaradılıb və bu da muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addımdır.

Hərbçilər "Sonsuz Tanrı məhəbbəti" tamaşasını alqışlarla qarşılayıblar - VİDEO 23 Dekabr 2021 17:17

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 2021-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində növbəti tədbir keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 23 Dekabr 2021 15:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:1.

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib - VİDEO 22 Dekabr 2021 15:43

Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Azərbaycan Ordusu" qəzeti № 100 (2608) 22 Dekabr 2021 12:00

Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HƏSƏNOV:

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası yaradılıb - VİDEO 21 Dekabr 2021 20:23

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi digər sahələrdə olduğu kimi səhiyyə sistemində də nailiyyətlərin qazanılmasında, hər bir vətəndaşımızın, hərbi qulluqçularımızın və ailə üzvlərinin sağlamlıqlarının qorunmasında mühüm rol oynayır.