Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəxsi heyəti təbrik edib, yeni-2022-ci ilin daha böyük uğurlarla yadda qalmasını arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə özünü bir daha göstərdi. Bu birliyin hesabına 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımız işğaldan azad edildi. Şanlı Zəfər qazandıq.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri əsgərlər qarşısında çıxış edərək şəxsi heyətdə xoş ovqat yaradıblar.
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.