AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib.
Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən "NATO günləri" tədbiri keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, hava məkanımızın müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, tank və artilleriya bölmələrinin döyüş uzlaşması aparılıb, praktiki atışlar icra edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.
Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.