Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2017 11:35

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri peşəkarlığını artırır

Bu ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri arasında “Ən yaxşı heyət” adı uğrunda yarış təşkil edilib.
Yarışlara “S-125”, OSA, “İqla-S” zenit raket komplekslərinin və 23 mm-lik zenit qurğularının heyətləri cəlb olunub.
Yarış zamanı şəxsi heyətin döyüş texnikalarının səfər və döyüş vəziyyətinə gətirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə bilikləri və praktiki vərdişləri yoxlanılıb.
Sonda ən yaxşı heyətlər müəyyənləşdirilərək Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıb.