Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2017 12:00

AVCİYA əsgərlərin vətənpərvərlik tərbiyəsinə dəstək verir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Hərbi hissələrdə əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi çərçivəsində N hərbi hissədə ilk tədbirini keçirib.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbirdə çıxış edərək assosiasiyanın fəaliyyəti, icra etdiyi layihələr, o cümlədən informasiya savaşında əldə edilən nailiyyətlər barədə iştirakçılara məlumat verib.
Sonra AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: 2016-cı ilin aprel döyüşləri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə AVCİYA prezidenti Elxan Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı, habelə assosiasiyanın bir sıra nəşrləri hərbi hissəyə təqdim edilib, əsgər və zabitləri maraqlandıran suallar cavablandırılıb.