Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2017 16:30

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.
On dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları  maraqlandıran suallar cavablandırılıb.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.