Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2017 13:10

Beynəlxalq Qadınlar Günü Silahlı Qüvvələrdə qeyd edilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində bayram tədbirləri keçirilib.
Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların iştirakı ilə keçirilən mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Müdafiə nazirinin bayram münasibəti ilə təbrikləri oxunub.
Mərasimlərdə çıxış edənlər hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Silahlı Qüvvələrin bütün qadınlarını təbrik edərək, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıblar.
Müxtəlif hərbi hissələrdə təşkil olunan tədbirlərdə qadınlara hədiyyələr təqdim olunub və yaradıcı kollektivlər mərasim iştirakçıları qarşısında rəngarəng konsert proqramları ilə çıxış ediblər.