AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib.
Azərbaycan hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.
Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə mədəniyyət və incəsənət nümunələrinin müstəsna əhəmiyyəti nəzərə alınaraq birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Oktyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə Litvanın Klaypeda şəhərində keçirilən güləş üzrə hərbçilərin 32-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Vətən belə qorunur!..Yenə yolumuz uca zirvələrədir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.
Oktyabrın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Dostluq səfəri çərçivəsində İran İslam Respublikasının Ənzəli limanına gələn Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri təntənəli şəkildə qarşılayıblar.