Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2017 11:09

Türkiyəli general Azərbaycanın HHQ-nin aviabazalarını ziyarət edib

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.
Görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.