Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2017 17:26

Ali Hərbi Məktəbin kursantları təlim atışları keçirib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) kursantlarının tədris planına və proqramına uyğun olaraq “Qaraheybət” Təlim Mərkəzində şəxsi heyətin bütün ixtisaslar üzrə intensiv hazırlığı həyata keçirilir.
Gecə və gündüz təlim sahələrində, avadanlıqla təchiz edilmiş yerlərdə, həmçinin atış poliqonlarında gələcəyin zabitlərinin hazırlığı aparılır.
Təlim atışlarının təşkili və icrası qoşunlarda xidmətin ilk günündən tələb olunan metodiki və praktiki vərdişlərin aşılanmasının nəzərə alınması ilə keçirilir.