Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2017 10:45

Mərkəzi Zabitlər Evində “Mütaliəyə marağın artırılması” mövzusunda tədbir keçirilib

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında hərbi qulluqçuların milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin təbliği məqsədilə “Mütaliəyə marağın artırılması” mövzusunda tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Mərkəzi Zabitlər Evinin kitabxana müdiri Zəminə Xınalı bu cür  tədbirlərin müntəzəm keçirilməsinin zəruriliyini vurğulayıb. Ümummilli liderimizin ölkəmizdə kitabxana şəbəkəsinin yaradılmasında böyük xidmətlərini qeyd edən Z.Xınalı  şair və yazıçılarımızın əsərlərinin müxtəlif xalqların dillərinə tərcümə edilməsinin də ilk təşəbbüskarının ulu öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb.
Kitabların insanın həyatında önəmindən, gənc nəslə mənəvi dəyərlərimizin aşılanmasında rolundan danışan kapitan Ramil Qasımov hazırda Azərbaycanda gənclərin mütaliəyə artan marağını vurğulayıb.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının rəisi polkovnik-leytenant Zöhrab İmamquliyev də vaxtaşırı bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Gənc muğam ifaçılarımız ifaları ilə tədbirə rəng qatıblar. 
Sonda qonaqlara Mərkəzi Zabitlər Evinin kitabxanası tərəfindən kitablar hədiyyə edilib.