AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskas ilə görüşüb.
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Xocavənd rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.
Oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
“Xidmətimə qiymət verildiyinə görə qürurluyam”Ordu quruculuğunda qazanılan uğurlar ilk növbədə özünü Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığında göstərir.
Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıbMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.
Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam Sosialist Respublikası üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub.