Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti №76 (2393) 2 Oktyabr 2019 12:46

“Biz evimizi, elimizi, yurdumuzu qoruyuruq!”Ön xətt bölmələrimizdə xidmət edən gənc zabitlərdən biri də Bayram Əliyevdir.

“Saber Junction-19” təlimindən hərbi qulluqçularımız Bakıya qayıdıb 1 Oktyabr 2019 18:01

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.

Azərbaycan HDQ-nin nümayəndə heyəti İranda səfərdədir 1 Oktyabr 2019 17:47

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Müdafiə naziri “Qafqaz Qartalı - 2019” təlimləri çərçivəsində “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib - VİDEO 1 Oktyabr 2019 14:15

Azərbaycanın Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə Respublikası, Gürcüstan və Pakistan İslam Respublikasından olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimləri çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 Oktyabr 2019 11:15

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 103.271.100,18 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

“Qafqaz Qartalı - 2019” təlimində xüsusi təyinatlılar “düşmən” müdafiəsinin dərinliyinə sızıblar 30 Sentyabr 2019 19:19

“Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi başlayıb - VİDEO 30 Sentyabr 2019 19:16

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.

Əlahiddə Ümumqoşun Orduda MTT üzrə komandir müavinləri ilə məşğələ keçirilib - VİDEO 30 Sentyabr 2019 19:14

Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə məşğələ keçirilib.

1992-ci ildə yaranmış taborun keçmiş döyüşçülərinin görüşü təşkil edilib 30 Sentyabr 2019 19:11

Müdafiə Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Tərtərdəki Şəhidlər abidə kompleksi, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovun büstləri önünə əklil və gül dəstələri qoyulub.

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib - VİDEO 30 Sentyabr 2019 19:07

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.